Mojo.az Banner
14:29 İdman terapiyanı və hətta antidepressantları əvəz edə bilər  |     14:25 İlin ilk 8 günündə doğum və ölüm nisbəti necə olub?  |     14:20 Qəbələdə xəstənin ölümünə səbəb olan həkimin cinayət işi məhkəməyə göndərildi  |     14:13 "BakıKart" ləğv olunur? (AÇIQLAMA)  |     14:08 "Adore"un 402 manatlıq ətrinin keyfiyyətindən narazılıq (Video)  |     14:00 Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlandı  |     13:54 Səhərlər yorğun oyanmaq bunun xəbərçisi ola bilər  |     13:48 Bakıda YPX vəzifəli şəxsi saxladı - Məhkəmə bəraət verdi  |     13:44 Sərnişin daşımaq üstündə sürücülər arasında dava - Apellyasiya Məhkəməsi qərarını elan etdi  |     13:41 "Qarabağ" klubunun azərbaycanlı futbolçularına maraq çoxdur  |     13:40 Daha dörd tiktoker barəsində cinayət işinə XİTAM VERİLDİ  |     13:19 Ağdərənin 4 kəndinə ilk köç karvanı yola salınıb  |     13:09 Aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI  |     12:50 Tacikistanın beynəlxalq axtarışa verdiyi şəxsi Azərbaycan ölkəsinə qaytardı  |     12:49 Tiktoker "Vaqa"nın barəsində olan cinayət işinə xitam verildi  |     12:34 Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ  |     12:28 Venesuelada çox sayda məhbus azad ediləcək  |     12:26 Keçmiş icra məmuru vəfat etdi  |     12:18 Sumqayıtda dənizkənarı obyektlərdə dəvə qutabı MENYUDAN NİYƏ ÇIXARILDI? (Video)  |     12:09 Pasiyenti komaya salan estetik cərrah və anestezioloqun istintaqı yekunlaşıb: Məhkəmə başlayır  |    
Left Banner
Right Banner

Messinin DÇ-2026-da hansı şərtlə oynayacağı məlum olub

15.11.2023 20:46 3 027
Messinin DÇ-2026-da hansı şərtlə oynayacağı məlum olub
Fransanın "Lion" klubunun argentinalı müdafiəçisi Nikolas Talyafiko həmyerlisi, Amerikanın "İnter Mayami" komandasının hücumçusu Lionel Messinin 2026-cı ilin dünya çempionatında oynaması üçün nələrin baş verməsinin lazım olduğunu deyib.

Onun sözlərini "Inter Miami News Hub" “X” sosial şəbəkəsində sitat gətirib.

"Biz Amerika Kuboku-2024-ü qazanmalıyıq. Komandamız Qətərdə çempion olmasaydı, o, milli karyerasını bitirərdi. Amma biz bunu bacardıq və indi Messi öz zəfərini yaşayır. Amerika Kubokunu da qazansaq, o, davam etmək istəyəcək" - futbolçu bildirib.

Messi iki il Fransa PSJ-sində oynadıqdan sonra 2023-cü ilin yayında azad agent kimi “İnter Mayami”yə keçib və tezliklə kapitan sarğısını alıb. Argentinalı avqustun 20-də Amerikada ilk titulunu - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra onun hesabında 11 qol və 5 məhsuldar ötürmə var.скачать dle 11.3