Mojo.az Banner
19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda pensiya alan bu şəxslər üçün VACİB XƏBƏR

22.01.2026 21:34 564
Azərbaycanda pensiya alan bu şəxslər üçün VACİB XƏBƏR
"İşləyən pensiyaçıların pensiya kapitalından istifadə müddətinin 6 ildən 4 ilə endirilməsi məsələsi real və müzakirə olunan təkliflərdən biridir. Bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsində baxılan dəyişiklik paketinə daxil edilib və eyni zamanda hökumət və aidiyyəti dövlət qurumları ilə müzakirələrin davam etdirilməsi tövsiyə olunub".

Median.Az
xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, işləyən pensiyaçıların pensiya məbləği onların pensiyaya çıxana qədər topladıqları pensiya kapitalı əsasında hesablanır:

"Vətəndaşın pensiyası ilkin mərhələdə 500 manat müəyyənləşdirilir. Lakin pensiya təyin edildikdən sonra şəxs işləməyə davam edərsə, onun pensiya hesabına sosial sığorta ödənişləri yatırılmaqda davam edir və əlavə kapital formalaşır.

Mövcud mexanizmə görə, bu əlavə yığımlar hər 6 ildən bir yenidən hesablanır və pensiya məbləğinə əlavə olunur. Yəni, pensiyaya çıxdıqdan 6 il sonra ilk artım, 12 il sonra isə ikinci artım həyata keçirilir. Bu mexanizm "Əmək pensiyaları haqqında" qanunda təsbit olunmuş qaydadır.

Təklif olunan dəyişiklik isə ondan ibarətdir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq bu müddət 6 ildən 4 ilə endirilsin. Yəni, işləyən pensiyaçı 6 il gözləmədən artıq 4 ildən bir pensiya məbləğində artım əldə etsin. Bu halda pensiya məbləğinin yenidən hesablanması iki dəfə deyil, üç dəfə həyata keçirilə bilər.

Başqa sözlə, vətəndaş pensiyaya çıxdıqdan sonra ilk artımı 4 ildən sonra, ikinci artımı 8 ildən sonra, üçüncü artımı isə 12 ildən sonra görə bilər. Bu yanaşma işləyən pensiyaçıların sosial rifahını daha tez yaxşılaşdırmağa imkan verəcək.

Təklif qəbul olunacağı təqdirdə, bu dəyişiklik təxminən 190 minə yaxın işləyən pensiyaçıya şamil ediləcək. Bu isə həm sosial ədalətin gücləndirilməsi, həm də əmək fəaliyyətini davam etdirən pensiyaçıların əlavə stimullaşdırılması baxımından müsbət addım kimi qiymətləndirilir".скачать dle 11.3
Mojo.az Banner