Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Leonardo DiKaprionun filmi real oldu

22.01.2026 22:00 603
Leonardo DiKaprionun filmi real oldu
Keçmiş Kanadalı stüardessa 33 yaşlı Dallas Pokornikin Torontoda yerləşən bir aviaşirkətdə işləyərkən pilotlara və kabin heyətinə verilən biletləri əldə etmək üçün saxta şəxsiyyət vəsiqələrindən istifadə edib. 
 
Median.Az
ABŞ hakimiyyəti Pokornikin bu yolla yüzlərlə pulsuz uçuş etdiyi barədə məlumat paylaşıb.
 
O, təyyarələrdə pilot kimi səyahət edib.
 
Dallas Pokornik oktyabr ayında Havaydakı federal məhkəmədə elektron fırıldaqçılıqda ittiham olunub və Panamada həbs edilib. ABŞ-a ekstradisiyasından sonra çərşənbə axşamı hakim qarşısına çıxan Pokornik bütün ittihamları rədd edib. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyə qədər həbsdə saxlanılması barədə qərar verib.
 
Məhkəmə sənədlərinə görə, Pokornik hətta işdən kənar pilotlar üçün ayrılmış "tullanan oturacaq" üçün də müraciət edib. Lakin qeydlərdə onun həqiqətən bu oturacaqda uçub-uçmadığı barədə dəqiq məlumat yoxdur.
 
Aviaşirkətlərin adları ittihamnamədə açıq şəkildə qeyd olunmasa da, bildirilir ki, baş ofisi Honolulu, Çikaqo və Fort-Uortda (Texas) yerləşən üç ABŞ aviaşirkətləri sənəddə vurğulanır. “Air Canada” da daxil olmaqla, adı çəkilən şirkətlərin heç biri bu məsələ ilə bağlı açıqlama verməyib.
 
ABŞ prokurorları Pokornikin bu təcrübəni təxminən dörd il davam etdirdiyini açıqlayıblar. Təqsirləndirilən şəxsin vəkili mətbuata şərh verməkdən imtina edib.
 
Qeyd edək ki, itihamnamədəki detallar Leonardo DiKaprionun rol aldığı və saxta pilot şəxsiyyətindən istifadə edərək aviaşirkətləri aldadan Frank Abagnale haqqında "Catch Me If You Can" filmini xatırladır.

Son xəbərlər