Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

1500 işçini ixtisara saldı

22.01.2026 20:24 552
1500 işçini ixtisara saldı
“Meta”nın yüksək gözləntilərlə başlayan metaverse investisiyaları şirkətin strategiyasında köklü bir dəyişikliyə səbəb olub. Belə ki, uzun müddətdir müzakirə olunan layihələrin gözlənilən nəticələri verməməsindən sonra “Meta” virtual reallığa yönəlmiş bölmələrini əhəmiyyətli dərəcədə azaldıb.
 
Median.Az
bildirir ki, “Meta”nın metaverse investisiyaları, şirkətin aşağı performans göstərmələri səbəbindən ciddi maliyyə yükü ilə üzləşməsinə səbəb olub.
 
ABŞ-da yerləşən texnologiya şirkəti, virtual reallıq və metaverseyə yönəlmiş bölmələrində çalışan təxminən 1500 işçisini işdən çıxarmaq qərarına gəlib.
 
“Metanın 2020-ci ildə qurulan metaverse bölməsi, şirkətə yarandığı gündən bəri ən azı 77 milyard dollar zərərə başa gəlib. Bu itki “Meta”nı bu sahədəki strategiyasını yenidən nəzərdən keçirməyə vadar edib.
 
Mark Zuckerberq metaverse vizyonunu ilk dəfə açıqlayanda istifadəçilərin fiziki məkanlara bağlı olmadan işləyə, ünsiyyət qura və əyləncə tədbirlərində iştirak edə biləcəklərini bildirmişdi.
 
Lakin, gözlənilən istifadəçi marağı və kommersiya gəliri aralıq dövrdə əldə edilməyib.
 
Şirkət sözçüsünün açıqlamasında işdən çıxarılmaların investisiya prioritetlərindəki dəyişikliklə əlaqəli olduğu bildirilir. Bəyanatda metaverse layihələrinə ayrılan bəzi resursların geyilə bilən texnologiyalara yönləndirildiyi və bu qərarın bu strateji transformasiyanın bir hissəsi olduğu qeyd edilib.
 
Lakin sənaye analitikləri “Meta”nın metaverse təşəbbüsünə son qoymaq qərarını "düzgün, lakin gecikmiş" hesab edirlər. Bir vaxtlar texnologiya dünyasında böyük gözləntilər yaradan metaverse konsepsiyası indi irimiqyaslı şirkətlər üçün davamlı investisiya sahəsi olmaqdan uzaq görünür.

Son xəbərlər