Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi |
Mojo.az Avto
Mojo.az Avto

"Meta" şirkəti "Facebook", "Instagram" və "WhatsApp" kimi ayrıca tətbiq buraxmağa hazırlaşır

28.02.2025 13:08 1 143
"Meta" korporasiyası yaxın vaxtlarda süni intellektə əsaslanan "Meta AI" çatbotu ilə ayrıca tətbiq buraxacaq.

Bu barədə CNBC telekanalı mənbələrə istinadən xəbər verib.

Qeyd edilir ki, "Meta AI" çatbotu 2023-cü ilin sentyabrında istifadəyə verilib. "OpenAI" və "Perplexity AI" kimi rəqiblərindən fərqli olaraq, "Meta" hazırda öz çatbotundan yalnız veb-sayt və "Facebook", "WhatsApp" kimi digər tətbiqlər vasitəsilə istifadə etməyə imkan verir.

"Yaxında "Meta AI" sosial şəbəkələrlə məşğul olan şirkətin "Facebook", "Instagram" və "WhatsApp"la yanaşı, müstəqil tətbiqlərindən biri olacaq. Şirkət "Meta AI"ın ayrıca tətbiqini ikinci rübdə (2025-ci il - red.) buraxmağı planlaşdırır", - deyə mənbədən bildirilib.

Korporasiya, həmçinin "Meta AI" üzrə pullu abunə xidmətini sınaqdan keçirməyi planlaşdırır.

Son xəbərlər