Mojo.az Banner
12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Elektron diplomlar nə vaxtdan veriləcək?

22.01.2026 23:00 510
Elektron diplomlar nə vaxtdan veriləcək?
"Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydası” Nazirlər Kabinetinin 2026-cı il 7 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilib və cari ilin ikinci yarısınadək tətbiqinə başlanılması nəzərdə tutulur.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, elektron təhsil sənədləri yeni məzunlara məzun olduqdan sonra hər hansı formada müraciət tələb olunmadan veriləcək:

"Elektron təhsil sənədləri uyğun kağız daşıyıcılarda olan təhsil sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir. Əvvəlki illərdə təhsilini tamamlamayan şəxslərin təhsil məlumatları TMİS-ə təhsil aldıqları müəssisə tərəfindən təmin ediləcək. Elektron təhsil sənədləri müvafiq qanunvericiliyə əsasən fəaliyyət göstərən bütün təhsil müəssisələrini əhatə edir”.

Qurumdan verilən məlumatda o da qeyd edilib ki, təhsil sənədləri vahid formada, yəni elektron qaydada təqdim ediləcək:

"Təhsil sənədlərinin paralel kağız daşıyıcıda verilməsi nəzərdə tutulmur. Diplom sahibləri özləri təhsil sənədlərini çap edərək kağız daşıyıcıda saxlaya və ya müvafiq qanunvericiliyə uyğun hər hansı yerə təqdim edə bilərlər. Rəqəmsal formaya keçidlə bağlı qarşıya çıxa biləcək təhlükə və risklər nəzərə alınaraq qabaqlayıcı tədbirlər görüləcək. Elektron təhsil sənədlərinin itirilməsi halı mümkün deyil”.
///Azərbaycan müəllimiскачать dle 11.3
Mojo.az Banner