Tikintilərin dövlət reyestrinə daxil edilməsi qaydası müəyyənləşib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:44 Bakı-Astara magistralında QORXUNC AVTOQƏZA: Ölən və yaralananlar var (VİDEO)  |     14:03 Abşeronda sex yanır  |     13:40 Ramiz Mehdiyevin qızı Ali Məhkəməyə üz tutdu  |     13:10 Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ  |     13:09 "Baytarlıq haqqında" Qanuna dəyişiklik edildi  |     13:07 AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub  |     13:05 Leyla və Arzu Əliyevalar həssas əhali qrupundan olan şəxslərə baş çəkiblər - FOTO  |     12:57 Faşizm üzərində qələbədən 80 il ötür  |     12:55 Alyona Əliyeva 9 May münasibətilə paylaşım edib - FOTO  |     12:35 Olimpiya mükafatçısı Fransada faciəli şəkildə həlak oldu  |     12:31 Alkoqol hansı dozada içildikdə sağlamlıq üçün təhlükə yaratmır? - Rusiyalı həkim miqdarı açıqladı  |     12:30 Sakinlər qorxu içində: Binanın üzlük daşları hər an faciəyə səbəb ola bilər - VİDEO  |     12:23 "Avroviziya" təmsilçilərimizin səhnə şousundan GÖRÜNTÜLƏR - VİDEO  |     12:20 Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı? - VİDEO  |     12:15 "BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB  |     12:02 Bakıda qəbiristanlıqda QARA BAZAR: Köhnə və kimsəsiz qəbirlər dağıdılır - Molla isə maklerlik edir (VİDEO)  |     11:58 DİN: "Vətəndaşların bank kartlarından oğurluqlar davam edir"  |     23:01 "8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı  |     22:55 Bakının bu ərazisində evlər söküləcək  |     22:43 Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi  |    

Tikintilərin dövlət reyestrinə daxil edilməsi qaydası müəyyənləşib

Nazirlər Kabineti bununla bağlı “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, uçot məqsədilə Reyestrə daxil edilən məlumatların tərkibi və reyestrə daxil edilməsi qaydası müəyyənləşib.

Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi aşağıdakı məlumatları uçot məqsədilə Reyestrə təqdim edir:

- qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) adı;

- qeyri-yaşayış binasının ünvanı (olduqda); 4-1.1.3. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

- qeyri-yaşayış binasının əsas texniki göstəriciləri (faktiki);

- qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları;

- qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (mövcud olduğu halda);

-qeyri-yaşayış binasının istismara hazır olub-olmaması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi;

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırlanan qeyriyaşayış binasının yerləşdiyi ərazinin planı;

- qeyri-yaşayış binasının tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin layihəçisi barədə məlumat (hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və lisenziyasının nömrəsi, tarixi, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və lisenziyasının nömrəsi, tarixi).

Qeyd olunan sənəd və məlumatlar 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilir və Komitənin internet səhifəsində yerləşdirilir.

Reyestrdə uçota alınan tikinti obyektinə kod verilmir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 221 15.11.23 20:33