Endirim, yoxsa fırıldaqçılıq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:28 İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi  |     14:28 Almaniyada tanınmış reper ÖLÜ TAPILDI  |     14:26 XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA  |     14:25 Ağdaşda bir nəfər kanalda batıb  |     14:24 Pakistanın baş naziri nüvə arsenalına cavabdeh olan qurumun təcili iclasını çağırır  |     14:22 Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub  |     14:19 Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI  |     14:18 Pakistan XİN Hindistan ərazisinə zərbələrə dair açıqlama verdi  |     14:13 Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır  |     14:12 Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - VİDEO  |     14:09 Arzu Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO  |     14:06 "WhatsApp" mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb  |     14:03 Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus VURDU - VİDEO  |     14:02 Qubada elektrik dirəkləri AŞDI: 20-dən çox kənd işıqsız qaldı - VİDEO  |     14:00 Alyona Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO  |     13:56 Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi necədir? - VİDEO  |     13:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO  |     13:20 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT  |     23:04 Park edilən avtomobil zədələndikdə kim məsuliyyət daşıyır?  |     22:58 “Adsız Mercedes”lərin istehsalı başlandı - FOTO  |    

Endirim, yoxsa fırıldaqçılıq?

Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir.

Əslində isə...

Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90 faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında daha çox rast gəlinir.

Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq, hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu üzə çıxarır.

“Endirim” sözü varsa, aldadılma faktı var

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bizim.media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox ustalıqla işləndiyini və tətbiq edildiyini bildirib:

“Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o deməkdir ki, aldadılma faktı var. Yəni məhsulun istifadə müddəti ya başa çatıb, ya da az qalıb. Yaxud da xüsusiyyətini itirib, yararsızdır, vaxtı keçib, xarab olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür. İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya dəyərindən baha satılır.

Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə, məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim edilir. Ancaq yenə də bu, maya qiymətindən ən azı 2 dəfə yuxarıdır”.

Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb:

“Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”.

Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar

“Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektlərində eynidir. Bu da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə olunmalıdır”.

Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizi öz hüquqlarını bilmir:

“Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 238 11.11.23 15:22