Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |     20:49 Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır  |     20:41 Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub  |     20:36 Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb  |     20:30 Bakıda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb  |     20:25 Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA  |     20:10 Ötən il Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb  |     20:03 Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək  |     19:58 Şimali Makedoniyadan Azərbaycana dəvə idxalına məhdudiyyət qoyulub  |     19:50 İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb  |     19:45 Şalva Papuaşvili: Saakaşvili əfv edilməyəcək  |     19:38 Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA  |     19:34 Paşinyan: II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir  |     19:33 Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ  |     19:29 Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib  |     19:23 Dövlət Vergi Xidməti I yarımildə 868 şəxsə daşınmaz əmlaka görə ƏDV-ni geri qaytarmaqdan imtina edib  |     19:16 Çexiya millisinin futbolçusu karyerasını İtaliya klubunda davam etdirəcək  |     19:11 Ötən həftə 2 min hektardan çox ərazi minalardan təmizlənib - FOTO  |     19:04 İlin birinci yarımilində 130 mindən çox şəxsə pensiya, müavinət və təqaüd təyin edilib  |     18:59 Gəncədə qanunsuz tikili sökülüb - VİDEO  |    

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin birinci müavini Farhod Arziyev ilə görüşdü.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüş zamanı tərəflər ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi, bu münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu vurğuladı.

Görüşdə, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.

Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən geniş bərpa və quruculuq işləri haqqında məlumat verib. Tərəflər müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəni irsin bərpası sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            957 12.10.21 21:13