Lənkəranda qəzada yaralanan şəxs xəstəxanada ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Lənkəranda qəzada yaralanan şəxs xəstəxanada ölüb

Lənkəran rayonunda dörd gün əvvəl yol qəzasında xəsarət alan şəxs bu gün xəstəxanada dünyasını dəyişib.

“Report” xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, bir neçə gün reanimasiya şöbəsində həkim nəzarətində olan yaralı, Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Fariz Mövsün oğlu Sadıqovın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sentyabrın 16-da Nərimanabad qəsəbəsi ərazisində yol qəzası baş verib. “VAZ 21099” markalı avtomobilin yoldan çıxaraq çökəkliyə aşması nəticəsində sürücü, Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayev hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Fariz Sadıqov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            819 20.09.21 19:01