SOCAR avqustda Litvadan Ukraynaya 5 min tona yaxın benzin idxal edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

SOCAR avqustda Litvadan Ukraynaya 5 min tona yaxın benzin idxal edib

Bu ilin avqust ayında Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 4,8 min ton avtomobil benzini idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” konsaltinq qrupunun hesabatında deyilir.

Məlumata görə, bu, iyul ayı ilə müqayisədə 0,8 min ton və yaxud 20% çoxdur. Azərbaycan şirkətinin idxal etdiyi benzin Litvadan gətirilib.

Ümumilikdə, ötən ay Ukraynaya 137,6 min ton avtomobil benzini idxal edilib. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 26% çoxdur. İdxalın 101 min tonu Belarusdan həyata keçirilib.

Litvadan isə Ukraynaya 36,6 min ton avtomobil yanacağı idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 75% çoxdur.

Bu ilin yanvar-avqust aylarında isə Ukraynaya 814 min ton avtomobil benzini idxal edilib ki, bu da ötən ilin 8 ayının göstəriciləri ilə müqayisədə 16% çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 401 07.09.21 18:51