Zelenski Putinə vədini yerinə yetirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Ermənistanda hərbi qulluqçunun güllələnmiş meyiti aşkarlanıb  |     22:52 Slovakiyalı nazir: “Bakı və Bratislava müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər”  |     22:44 Təhsil İdarəsində yeni TƏYİNATLAR  |     22:37 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:27 Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub  |     22:18 Sabah leysan olacaq  |     22:10 Braziliyada ölənlərin sayı ARTDI  |     22:02 Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR  |     21:55 Bu halda kartınızdakı pullar oğurlana bilər  |     21:49 Lirə dollar qarşısında bahalaşır – SƏBƏB  |     21:43 "Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır" - ARAŞDIRMA  |     21:35 Mayda bu bürcləri böyük məbləğlər gözləyir  |     21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |    

Zelenski Putinə vədini yerinə yetirdi

Ukrayna Prezidenti Vladimir Zelenski vədinə əməl edərək, rusiyalı həmkarı Vladimir Putinin ruslarla ukraynalıların vəhdətinə dair məqaləsinə cavabını yayımlayıb.

Bu barədə Ukrayna liderinin rəsmi Telegram kanalında məlumat verilib.

Zelenski Rusiyanın Vəftiz Gününə həsr olunmuş video təbrik yayımlayıb. O, sözügedən video müraciətdə Kiyev Rusiyasını Ukrayna tarixinin anası, Ukraynanın və Krımın 24 bölgəsini isə onun doğma övladları və varisləri adlandırıb. Onun fikrincə, bu mövqenin heç bir təsdiqə ehtiyacı yoxdur.

"Bunu tarixi traktatlar, əsərlər, məqalələrlə sübut etməyə ehtiyacımız yoxdur. Çünki bizim dəlillərimiz kağız üzərində deyil, onlar metal və daşlara həkk olunub. Bu dəlillər əfsanə və əsatirlərdə deyil, şəhərlərimizdə və küçələrimizdədir”, - deyə Zelenski qeyd edib.

Xatırladaq ki, iyulun 2-də Kremlin veb saytında Rusiya prezidentinin əsasən postsovet məkanında Ukrayna milli şüurunun formalaşması məsələlərindən və ərazi problemlərindən danışan "Ruslarla ukraynalıların tarixi birliyi haqqında" başlıqlı məqaləsi dərc edilmişdi. O zaman Zelenski sözügedən məqaləni təqdir edərək, tezliklə ona cavab verəcəyinə söz vermişdi. Həmçinin məqalənin bəzi müddəalarını üz-üzə görüşdə müzakirə etmək istədiyini də əlavə etmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            267 28.07.21 19:22