BDU-dan müşavirin və əməkdaşının bıçaqlanmasına REAKSİYA - YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:21 Mingəçevir İcra Hakimiyyətində FACİƏ - 34 yaşlı kişi öldü  |     16:04 Dağıstanda içməli sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 110 nəfər xəstəxanaya yerləşdirildi  |     15:59 Günəşdə güclü partlayış baş verdi  |     15:58 Azad edilmiş ərazilərdə artıq 5 gün qalmaq mümkün olacaq - Müddət uzadıldı  |     15:41 Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişikliyi təsdiqləyib  |     15:39 İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir  |     15:37 "Keşlə" bazarında istehlaka yararsız 700 kiloqramdan çox balıq məhsulu aşkarlandı  |     15:35 Bakıda və Abşeronda unun topdansatış qiyməti azalıb  |     15:24 Azərbaycanda bəzi şagirdlərə pulsuz məktəbli formaları veriləcək  |     15:23 Biləsuvarda əməliyyat: Marixuana və tiryək aşkarlandı  |     15:21 Əsgər ziyarətindən qayıdan üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU  |     13:39 Milli Məclis TƏSDİQLƏDİ: Naxçıvan Muxtar Respublikasının Konstitusiyası DƏYİŞƏCƏK  |     13:12 Azərbaycan nefti bahalaşıb  |     13:04 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki DƏYİŞİR  |     12:59 Azərbaycanlı tanınmış bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI  |     12:50 Hamilə qadınlara hansı tibbi xidmətlər PULSUZDUR?  |     12:23 Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb  |     12:20 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi  |     12:13 Tanınmış biznesmenin oğlu Bakıda binadan yıxılaraq öldü - FOTO  |     12:11 Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR  |    

BDU-dan müşavirin və əməkdaşının bıçaqlanmasına REAKSİYA - YENİLƏNİB + FOTO

27 iyul saat 11:00 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

BDU-dan verilən məlumata görə, xəsarət alan hər iki şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti normaldır və həkim nəzarəti altındadır.

Hadisəni törətməkdə təqsirli bilinən universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

* * * * *

Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevin bıçaqlanmasının təfərrüatı açıqlanıb.


Hadisəyə səbəb BDU-nun iki əməkdaşını bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyevin əmək müqaviləsini uzadılmaması göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.

* * * * *


DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

* * * * *

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.


Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə BDU-da baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 016 27.07.21 15:51