Şəmkirdə narkotik yetişdirən 65 yaşlı qadın saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |     20:49 Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır  |     20:41 Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub  |     20:36 Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb  |     20:30 Bakıda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb  |     20:25 Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA  |     20:10 Ötən il Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb  |     20:03 Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək  |     19:58 Şimali Makedoniyadan Azərbaycana dəvə idxalına məhdudiyyət qoyulub  |     19:50 İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb  |     19:45 Şalva Papuaşvili: Saakaşvili əfv edilməyəcək  |     19:38 Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA  |     19:34 Paşinyan: II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir  |     19:33 Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ  |     19:29 Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib  |     19:23 Dövlət Vergi Xidməti I yarımildə 868 şəxsə daşınmaz əmlaka görə ƏDV-ni geri qaytarmaqdan imtina edib  |     19:16 Çexiya millisinin futbolçusu karyerasını İtaliya klubunda davam etdirəcək  |     19:11 Ötən həftə 2 min hektardan çox ərazi minalardan təmizlənib - FOTO  |    

Şəmkirdə narkotik yetişdirən 65 yaşlı qadın saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Zəyəm Polis Bölməsinin (PB) əməkdaşları kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Bayramlı kənd sakini, 1956-cı il təvəllüdlü Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanıb.

Əraziyə baxış zamanı oradan 60 ədəd ümumi çəkisi 38 kq 300 qram olan narkotik çətənə aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını cari ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 029 27.07.21 13:07