Putin: “Qarabağda münaqişə dayandırılıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:24 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |    

Putin: “Qarabağda münaqişə dayandırılıb”

Rusiya regional münaqişələrin həllində fəal iştirak edir.

Rusiya mətbuatı yazır ki, bunu Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransında bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın mühüm töhfəsi ilə Qarabağdakı münaqişə dayandırılıb.

“Rusiya sülhməramlıları regionda sülhə və təhlükəsizliyə etibarlı zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox şey edirlər”, - deyə o bildirib.

“Rusiya ayrılmaz tarixi, mədəni və humanitar əlaqələri ilə yaxın olduğu qonşu ölkələrin təhlükəsizliyi və rifahı üçün üzərinə düşən məsuliyyəti heç vaxt unutmur. Regional münaqişələrin de-eskalasiyasına, ortaq qitəmizdə sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməyə davam etmək niyyətindəyik”, - deyə RF dövlət başçısı əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            915 23.06.21 12:30