Mojo.az Banner
23:00 Elektron diplomlar nə vaxtdan veriləcək?  |     22:56 "X"in işində problem yarandı  |     22:55 İspaniya Konqresinin sədri Azərbaycana gəldi  |     22:43 Abşeronda sakinlər zavoddan yayılan tüstü və səs-küydən ŞİKAYƏT EDİRLƏR (Video)  |     22:29 Bu gün yanan evdə ölən qadın 31 il əvvəl metrodakı yanğında xəsarət alıbmış  |     22:16 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     22:11 Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ (FOTO)  |     22:00 Leonardo DiKaprionun filmi real oldu  |     21:52 Sahibə Qafarova Radmila Şekerinskayla görüşdü - FOTO  |     21:46 Milli Məclisin Gənclər və idman komitəsinin ilk iclası keçirildi - FOTO  |     21:40 Maaşlarda artımla bağlı hər kəsi SEVİNDİRƏCƏK XƏBƏR  |     21:34 Azərbaycanda pensiya alan bu şəxslər üçün VACİB XƏBƏR  |     21:27 SOCAR İsveçrə şirkəti ilə sənəd imzalayıb  |     21:20 Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir  |     21:11 Zelenski BƏƏ-də keçiriləcək üçtərəfli danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibini açıqlayıb  |     20:47 Opera ifaçısı 5-ci mərtəbədən yıxılıb öldü  |     20:31 Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI  |     20:24 1500 işçini ixtisara saldı  |     20:16 6,4 bal gücündə zəlzələ oldu  |     20:10 Azərbaycanda Sabiq deputat vəfat etdi - FOTO  |    
Left Banner
Right Banner

Şəki sakinindən silah arsenalı aşkarlandı

21.06.2021 15:01 1 941
Şəki sakinindən silah arsenalı aşkarlandı
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə şəhər sakini Abdullətif Bayramovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin zirzəmisindən “Makarov” və “Naqan” tipli tapançalar, onlara aid 22 ədəd patron, bir ədəd lüləsi kəsilmiş və bir ədəd qoşalülə ov tüfəngləri, həmçinin pnevmatik TİR tüfəngi, idman tapançası və ona aid altı ədəd giliz, qırmalar və pistonlar, beş ədəd bıçaq aşkarlanaraq götürülüb. Götürülən maddi sübutlar ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3