Dövlət Gömrük Komitəsi sahibkar arasında QALMAQAL yaşanır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Dövlət Gömrük Komitəsi sahibkar arasında QALMAQAL yaşanır

“Gömrükdə mənə süni olaraq əngəl yaradırlar". 

Median.Az Yenisabah.com-a istinadən xəbər verir ki, bu sözləri  sahibkar, “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva deyib. 

“Eyni problemi süni olaraq mənə yaratmağa çalışırlar”

O bildirib ki, bir müddət öncə də gömrükdə eyni problemlə qarşılaşıb, ancaq uzun mübarizədən sonra dövlət rüsumlarını ödəyərək gətirdiyi məhsulları rəsmiləşdirə bilib:

“Demək olar, keçən dəfə ki, problemdən heç bir fərqi yoxdur, eyni problemi süni olaraq mənə yaratmağa çalışırlar. Ötən dəfə gətirdiyim qida əlavələrini dövlət rüsumunu ödəyərək rəsmiləşdirdim. Lakin ikinci dəfə məhsulum gələndə mənə dedilər ki, biz statistik dəyərləndirmə edirik, bu dəyərləndirmədən sonra biz sizə deyəciyik ki, siz hansı rüsumu ödəməlisiniz. 

Mən ölkəyə məhsul gətirəndə əvvəlcədən hesablayıram ki, nə qədər rüsum ödəməliyəm, sonra ona görə məhsul sifariş edirəm. Sifariş etdiyim məhsula görə 20 min manat dövlət rüsumu ödəməliyəmsə, məndən əlavə ödəniş tələb olunur. Mən də bununla razılaşmıram”.

Sahibkar onu da qeyd edib ki, ölkəyə gətirdiyi məhsul TIR-da saxlanılır: 

"Nə saxlanc anbarına qoyulmur, nə də ki, özlərinin anbarlarına yığılmasına icazə verilmir. Karqo şirkəti də Avropanın olduğuna görə sürücü TIR-la birlikdə ölkəsinə qayıda bilmir".

“Elnarə Əliyeva tərəfindən gömrük orqanlarına qarşı əsassız iddialar səsləndirilib”

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”a bildirilib ki, qida əlavələrinin rəsmiləşdirilməsi üçün “Ambiance Med” MMC-nin təqdim etdiyi “Gömrük bəyannaməsi”ndə göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı şübhə yaranıb və müvafiq araşdırma aparılıb:

"Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva tərəfindən gömrük orqanlarına qarşı həqiqətə uyğun olmayan, əsassız iddialar səsləndirilib. Sahibkar idxal etdiyi bioloji fəallığa malik qida əlavələrinin rəsmiləşdirilmə prosesi zamanı gömrük orqanları tərəfindən malın gömrük dəyərinin qanunsuz şəkildə artırıldığını iddia edib. Dövlət Gömrük Komitəsi bildirir ki, həmin qida əlavələrinin rəsmiləşdirilməsi üçün “Ambiance Med” MMC-nin təqdim etdiyi “Gömrük bəyannaməsi”ndə göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı şübhə yaranıb və müvafiq araşdırma aparılıb. 

Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır”.

“Ambiance Med” MMC düzgün məlumat təqdim etməyib

Qeyd edilib ki, gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir:

“Qanunvericiliyə əsasən, gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir və gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ var.

“Ambiance Med” MMC-nin təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində bu şirkət tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fərqlənməsi müəyyən edilib. Aşkar olunan risklərin minimallaşdırılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbləri əsas götürülüb”.

Açıqlamada Qanunun 16-cı maddəsinə istinad edilib: 

“Bu maddəyə əsasən, gömrük dəyəri malların daxili bazarda satış  qiymətləndirilməsinə uyğun olaraq dəyərin çıxılması üsulundan istifadə edilməklə müəyyən edilir.  Dəyərləndirilən malların  çıxılmış dəyərini müəyyən edərkən bu mallarla eyni və ya təqribən eyni vaxtda  idxal olunmuş  eyni və eynicinsli  malların  bir vahidinin Azərbaycan Respublikasındakı satış  qiyməti müqayisə  üçün əsas kimi götürülür.

Prosesin şəffaf şəkildə həyata keçirilməsi üçün 5 iyun 2021-ci il tarixində  Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilib və ekspert rəyi gömrük orqanlarının şübhələrini təsdiqləyib”.

Vurğulanır ki, malların qiymətini müəyyən etmək üçün “Azərekspertiza” Birliyinin 7 iyun 2021-ci il tarixli, 75 №-li ekspertiza aktına əsasən, “Ambiance Med” MMC tərəfindən idxal edilən:

“İmuno Sitoz” №30 - faktura dəyəri 0,65 Avro, yəni bəyannamənin təqdim olunduğu günün məzənnəsinə görə 1, 35AZN, ekspertiza aktına görə isə 19 AZN-dir;

“Solefarin İmuno” №15 - faktura dəyəri 1 avro, həmin günün məzənnəsinə görə 2,07 AZN, ekspertiza aktına görə isə 14,5 AZN-dir;

“Presnora SolePharm” №30 - faktura dəyəri 0,75 avro, həmin günün məzənnəsinə görə 1,55 AZN, ekspertiza aktına görə isə 18 AZN-dir;

“Denomaks” №30 - faktura  dəyəri 0,94 avro, həmin günün məzənnəsinə görə 1,95 AZN, ekspertiza aktına görə isə 19,5 AZN-dir.

Ekspertizanın rəyindən də göründüyü kimi, faktura qiymətləri ilə sonrakı satış qiymətləri arasında kəskin fərqlər var. Faiz nisbətində isə bu fərqlər 850, 1000, 1200 faizdir”.

Elnarə Əliyeva ilə Komitənin aidiyyəti rəhbərləri arasında müzakirə aparılıb

Açıqlamada göstərilir ki, “Ambiance Med” MMC tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyərinin müəyyənləşdirilməsi prosesində həmin şirkətin rəhbəri Elnarə Əliyeva ilə Komitənin aidiyyəti strukturlarının rəhbərləri arasında dəfələrlə müzakirə aparılıb, qanunvericiliyin tələbləri izah olunmaqla onun iddialarına ətraflı cavab verilib:

“Lakin sahibkarın hər dəfə gömrük orqanlarına qarşı əsassız iddialar irəli sürməsi, kütləvi informasiya vasitələrinin imkanlarından yararlanaraq yanlış məlumat və şərhlərlə gömrük orqanları, onun rəhbərliyində təmsil olunan şəxslər barəsində mənfi rəy formalaşdırması, bununla da dövlət qurumuna təzyiq göstərməyə cəhd etməsi yolverilməzdir.

Dövlət Gömrük Komitəsi hər zaman faktlarla əsaslandırılan, ümumi işə fayda gətirən tənqid və iradlara açıqdır. Lakin  gömrük qanunvericiliyi, gömrük işinin təşkili haqqında bilik və bacarıqlara malik olmayan bəzi “ekspertlər”in və ya cəmi bir idxal əməliyyatını qanunları tapdalayaraq həyata keçirməyə çalışan “sahibkar”ın irəli sürdüyü böhtan xarakterli iddialar, bəzi media qurumları vasitəsilə təşkil edilən sifarişli müzakirələr gömrük orqanlarının qanuni fəaliyyətinə kölgə sala bilməz. Dövlət Gömrük Komitəsi daim qanuni ticarəti dəstəkləyir və sahibkarları qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərməyə çağırır". 

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 188 11.06.21 15:52