Ölkədə benzinin gömrük dəyəri aşağı düşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Ölkədə benzinin gömrük dəyəri aşağı düşüb

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumi 26 min 465,5 ton həcmində “Aİ-95” premium və “Aİ-98” super markalı benzin idxal edib.

Ümumi idxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,8 faiz artıb.

Məhsulun ümumi gömrük dəyəri isə 17 milyon 343,9 min dolları təşkil edib.

Bu dövr ərzində 26 min 277,71 ton həcmində və 16 milyon 781,15 min dollar dəyərində “Aİ-95” markalı benzin idxal edilib. Bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 638,6 dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründə idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün gömrük dəyərindən 15,7 faiz azdır.

Yanvar-mart ayları ölkəyə 718,75 ton həcmində və 562,73 min dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün gömrük dəyəri 782,9 dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə idxal edilən bir ton “Aİ-98” markalı benzinin gömrük dəyərindən 7,6 faiz azdır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında 15 min 312,86 ton həcmində (11 milyon 565,57 dollar dəyərində) “Aİ-95” markalı, 748,32 ton həcmində (639,86 min dollar dəyərində) “Aİ-98” markalı benzin idxal edilib. Ötən ilin ilk üç ayında idxal edilən “Aİ-95” markalı benzinin bir tonu 755,3 dollara, “Aİ-98” markalı benzinin bir tonu isə 855,1 dollara başa gəlib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            879 19.05.21 16:32