İmişlidə tanışını qətlə yetirən şəxs Lənkəranda məhkəmə qarşısına çıxarılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:45 Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu  |     22:35 Mingəçevirdə 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb  |     22:27 Milli Məclisin Komissiyasından Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA  |     22:13 Rusiyada "Lukoyl"​un Uraldakı İstehsalat Birliyinin rəhbəri saxlanıldı  |     22:09 AZAL təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə vurulmasının növbəti təsdiqi  |     21:41 İrandan narkotik vasitələrin tranziti ilə bağlı Bakıda saxlanılan Rusiya vədəndaşları məhkəməyə gətirilib - FOTO  |     21:24 Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb - VİDEO  |     21:21 Voronejdə saxlanılan azərbaycanlı sahibkar azadlığa buraxılıb - VİDEO (Yenilənib)  |     21:12 İsrail və Suriya İrana qarşı birləşir: Kəşfiyyat əməkdaşlığı gündəmdə  |     20:58 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     20:51 Azərbaycan və Özbəkistan turistlər üçün viza prosedurlarını sadələşdirə bilər  |     20:46 Ali Məhkəmə saxta pul işi üzrə qərar verib  |     20:37 Təkrar sertifikatlaşdırmadan keçməyən 2300-dən çox müəllim işdən çıxarılıb  |     20:32 Paşinyan II Qareginin istefasını tələb edib  |     20:25 Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb  |     20:20 "Gəncə" klubu ABŞ-dən olan voleybolçunu transfer edib  |     20:13 “Fitch” bu il Azərbaycanda büdcə kəsiri ilə bağlı proqnozunu açıqlayıb  |     20:06 Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib  |     19:59 Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub  |     19:53 Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər  |    

İmişlidə tanışını qətlə yetirən şəxs Lənkəranda məhkəmə qarşısına çıxarılacaq

17 avqust 2020-ci il tarixində İmişli rayonu, Buludlu kəndi ərazisində kənd sakini Əliyev Malik Fərəmuz oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İmişli rayon prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin tanışı Məmmədov Abbas Elburus oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Malik Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Abbas Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            828 07.04.21 17:58