Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu əlamətləriniz varsa, dərhal endokrinoloqa müraciət edin!

22.03.2021 23:25 1 899
Bu əlamətləriniz varsa, dərhal endokrinoloqa müraciət edin!
Yod çatışmazlığınız varsa, bunu 5 simptomla müəyyənləşdirə bilərsiniz.

Median.Az
xəbər verir ki, boğazın şişməsi, çəki artımı, yorğunluğun artması, saç tökülməsi, dəri quruluğu və tökülməsi bədəndə yod çatışmazlığının göstəricisi ola bilər.

Yod çatışmazlığını göstərə biləcək əlavə simptomları isə aşağıdakılardır:

Qadınlarda menstruasiya pozuntuları

Çox və ya tam əksinə, az və nizamsız periodlar tiroid hormonlarının ifrazının pozulması da daxil olmaqla, müxtəlif problemlərin nəticəsi ola bilər. Bu hormonlar menstruasiya dövrünün bağlı olduğu cinsi hormonlara təsir edir.

Soyuğa qarşı həssaslıq artımı

Davamlı üşüyürsünüzsə, bu da tiroid hormonlarında problem olduğunu göstərə bilər. Yod çatışmazlığı maddələr mübadiləsini ləngidir, bu da soyuğa həssaslığı artırır. Bundan əlavə, tiroid hormonları bədənimizi "istiləşdirməkdə" mühüm rol oynayan qəhvəyi yağ toxumasının fəaliyyətinə təsir göstərir.

Daha az tərləmək

Tiroid hormonları tərləmə tənzimlənməsinə də təsir edir və ifraz azalırsa, bu, tərləmənin azalmasına səbəb olur. Birdən-birdən daha az tərləsəniz, bu, yod çatışmazlığının əlaməti ola bilər.

Yaddaş problemləri

1000-dən çox yetkin könüllü üzərində aparılan araşdırma normal tiroid hormonu səviyyəsinə sahib insanların tiroid səviyyəsinin aşağı olanlardan daha yaxşı öyrəndiyini və yaddaş problemi ilə qarşılaşma ehtimalının daha az olduğunu ortaya qoyub. Bu hormonlarla bağlı problemlər insanın diqqətini yayındırır və unutqan edir.

Çətin hamiləlik

Hamilə qadınlar tez-tez zəiflik, yorğunluq və üşütmə kimi simptomlarla özünü göstərə bilən yod çatışmazlığı problemi ilə qarşılaşırlar. Endokrinoloqdan vaxtında məsləhət almaq çox vacibdir, çünki doğuşdan sonra yod çatışmazlığı körpəyə mənfi təsir edə bilər, çünki körpələr ana südü ilə birgə yod qəbul edir. Bundan əlavə, yod çatışmazlığının ölü doğuş riskini əhəmiyyətli dərəcədə artırdığı bildirilib. (publika.az)

Son xəbərlər