Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü | 12:11 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü | 12:11 Azərbaycan nefti ucuzlaşıb | 12:09 Astarada evdə dava: Gəlin qayınanasını döydü | 12:03 Bakıda nasosxanaya görə yol bağlanacaq - Foto | 12:00 UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır | 11:56 Polşa prezidentinə qarşı cinayət işi başladıldı | 11:50 Ev almaq istəyənlərin nəzərinə: Bahalaşma var | 11:45 Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən cinayətin pərdəarxası | 11:41 İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Müharibədən qayıdan və iş yeri tapa bilməyənlərin NƏZƏRİNƏ!

24.02.2021 16:41 2 673
Müharibədən qayıdan və iş yeri tapa bilməyənlərin NƏZƏRİNƏ!
İkinci Qarabağ Müharibəsindən qayıdanlar arasında işsizlik problemi ilə üzləşən bəzi şəxslər var. Bu vətəndaşlar işlə təmin olunmaq üçün hansı quruma müraciət edəcəyini bilmir.

Median.Az xəbər verir ki, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev mövcud məsələ ilə bağlı danışıb.

Komitə sədri bildirib ki, müharibədən qayıdan və iş tapmaqda çətinlik çəkən şəxslər ilk növbədə yaşadığı ünvan üzrə Dövlət Məşğulluq Xidmətinə müraciət etməlidir:

"Onlar həmçinin Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə də ərizə ilə müraciət edə bilər. Biz onların müraciətini yönləndirə bilərik. Nazirlik və onun rəhbərinə də ərizə ilə müraciət edə bilər.

Lakin ən yaxşısı Dövlət Məşğulluq Xidmətinin internet saytına daxil olaraq orada elektron ərizə formasını doldursunlar. Qısa zaman müddət ərzində onlara vakansiya üzrə iş yerləri təklif ediləcək".

Son xəbərlər