Rusiyalı politoloq: “Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər” » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |    

Rusiyalı politoloq: “Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər”

“Azərbaycanın dinc əhalisinə qəsdən zərbə endirdiklərinə dair Serj Sarqsyanın bəyanatını bir növ hökm verilməsi kimi dəyərləndirirəm. Dinc əhaliyə qarşı müharibə aparmaq cinayətdir, odur ki, dünya birliyi buna biganə qalmamalıdır. Ən dəhşətlisi odur ki, Ermənistanın indiki və keçmiş rəhbərləri terror törətdiklərini dərk etmirlər”.

Bu fikirləri “Report”a Yevgeniy Mixaylov deyib.

Onun qənaətincə, Ermənistan dinc şəhərlərə hücumlara görə məsuliyyət daşımalıdır: “Ermənistan ordusu düzgün vuruşmağı, hərbi cəhətdən düzgün qərarlar verməyi bacarmır. Onların səriştəli mütəxəssisləri olmayıb. Yüksək hazırlıq səviyyəsinə malik Azərbaycan Ordusu isə bütün hücumları dəf etmək iqtidarına olub ki, qarşı tərəf bundan çox qorxurdu”.

Rusiyalı politoloq İkinci Qarabağ müharibəsinin yalnız Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin xoş məramı sayəsində dayandırıldığını vurğulayıb.

Xatırladaq ki, Ermənistanın saiq prezidenti Serj Sarqsyan bu günlərdə “Armnews”ə müsahibəsində Gəncənin dinc əhalisinə hücum etdiklərini təsdiqləyərək müharibənin son mərhələsində Şuşa istiqamətində “İsgəndər” raketi tətbiq etdiklərinə dair mötəbər məlumatlara malik olduğunu bildirmişdi.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            423 17.02.21 20:23