Koronavirusu ən çox yayanlar müəyyənləşib » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |    

Koronavirusu ən çox yayanlar müəyyənləşib

Alimlər COVID-19 xəstələrindən hansıların virusu çox yaydığını müəyyənləşdirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “MedicalXpress” məlumat verib.

Amerikalı mütəxəssislər 194 koronavirus xəstəsinin göstəricilərini, həmçinin COVID-19-a yoluxmuş primatların məlumatlarını araşdırıblar. Məlum olub ki, virus tərkibli aerozol hissəciklərinin miqdarı yaşdan, bədən kütlə indeksindən və xəstəliyin mərhələsindən asılı olaraq çox dəyişir.

Belə ki, virusu daha sürətlə yayanlar əksər hallarda artıq çəkidən əziyyət çəkən yaşlı xəstələr olub. Bu cür xəstələr tədqiq olunan digər qrupların nümayəndələrindən üç dəfə çox “yoluxucu” damcılar xaric edib. Alimlər virusa yoluxanların 18 faizinin virusun ötürülməsinin 80 faizindən məsul olduğu qənaətinə gəliblər.

Tədqiqatçılar həmçinin yoluxmanın dərəcəsi artdıqca aerozol damcılarının sayının artdığını, yoluxmadan bir həftə sonra pik səviyyəyə çatdığını və iki həftədən sonra normaya düşdüyünü qeyd ediblər. Eyni zamanda xəstəlik inkişaf etdikcə viral hissəciklər daha da kiçikləşib və yoluxmanın pik nöqtəsində bir mikron ölçüsünə çatıb, bu isə onları daha da təhlükəli edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 044 12.02.21 19:20