Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

“EU Reporter”: “Qarabağda beynəlxalq investisiya təşkilatları üçün səhv düzəltmək şansı”

21.11.2020 20:30 2 820
“EU Reporter”: “Qarabağda beynəlxalq investisiya təşkilatları üçün səhv düzəltmək şansı”
Avropanın nüfuzlu “EU Reporter” analitik portalı “Dağlıq Qarabağ sualına cavab” adlı məqalə yayıb.

ABŞ-ın Baltimor Universitetinin İctimaiyyət və Beynəlxalq Əlaqələr Məktəbinin icraçı direktoru, professor İvan Saşa Şihanın yazdığı məqalədə dünya güclərinin on illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylər göstərməsinə baxmayaraq, hansısa bir irəliləyişə nail olmaq üçün davamlı təzyiq göstərmədiklərini bildirir.

Qeyd edir ki, belə bir şəraitdə Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən bu münaqişənin danışıqlar masası arxasında deyil, məhz döyüş meydanında həll olunması qaçılmaz idi və keçən həftə imzalanmış tarixi sülh razılaşması da bunu bir daha sübut etdi.

Məqalədə imzalanmış sülh razılaşmasına istinadla qeyd edilir ki, bu sənədə əsasən Azərbaycan öz suveren ərazisini bərpa edir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkilir və bu ərazilərə sülhməramlı qüvvələr daxil olur. Azərbaycanlı məcburi köçkünlər Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar.

Məqalədə ədalətin bərpa olunduğu bildirilir. Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı vəziyyətin bu nöqtəyə çatması üçün qan tökülməsini tələb edən şəraitin yaradılmasına görə utanmalıdır. Çünki əgər vaxtında razılaşdırılmış beynəlxalq diplomatik təzyiqlər həyata keçirilsəydi, eyni nəticəni əldə etmək mümkün olardı.

Müəllif qeyd edir ki, uğurlu hərbi gedişləri ilə Ermənistan silahlı qüvvələrini 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdən geri çəkilməyə məcbur etməsi nəticəsində Azərbaycan regionda yeni reallıq yaratdı.

Vurğulanır ki, son aylarda baş verən hadisələr bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi, bu regionun necə strateji əhəmiyyət daşıdığı bir daha özünü göstərdi. Cənubdan İran, şimaldan isə Rusiya ilə həmsərhəd olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpü rolunu oynayır.

Bu ərazidən təkcə yeni dəmir yolu xətləri deyil, həm də Avropanın əsas enerji mənbələrindən biri olan, Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından daşınan neft və qaz boru kəmərləri keçir. Həm qədim, həm də XXI əsr İpək Yollarının üzərində yerləşməklə bu bölgə istər xəritədəki geoiqtisadi mövqeyindən, həm də öz təbii ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilə bilər.

Beynəlxalq diplomatik dairələrin bu bölgədəki fəaliyyəti uğursuz olub, indi beynəlxalq investisiya təşkilatlarının həmin səhvi düzəltmək vaxtı gəlib çatıb.

Son xəbərlər