Mojo.az Banner
12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

“EU Reporter”: “Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır”

11.11.2020 19:19 1 365
“EU Reporter”: “Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır”
Avropanın nüfuzlu “EU Reporter” analitik portalı “Qarabağ müharibəsi: Qərb mediasında feyk xəbərlər necə yayılır” adlı məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən alovlanması ilə əlaqədar mətbuatda bu münaqişəyə dair çoxsaylı saxta xəbərlərin yayıldığı bildirilir.

Yazıda bəzi Qərb KİV-lərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xəbərlər yayarkən açıq-aşkar tərəfkeş münasibət nümayiş etdirməsinin təəccüb hissi doğurduğu qeyd edilir.

Müəllif qeyd edir ki, bu il sentyabrın 30-da “BBC News”un yaydığı xəbərdə Türkiyənin nəzarəti altında olan Suriya ərazisindən bir neçə yüz muzdlunun Qarabağa gətirildiyi iddia edilir. “BBC News” bu məlumatı hərbçilərin birindən aldığını, ancaq məlumatların doğruluğunun təsdiq olunmadığını qeyd edir.

Həmçinin “France 24” kanalının “The Observers” proqramında internet istifadəçisi tərəfindən çəkilmiş Suriyalı silahlıların Azərbaycana getməyə hazırlaşdıqlarını göstərən bir neçə feyk videonun yayımlandığı qeyd olunur. Bu videoların həqiqiliyinin əsas “sübutu” kimi isə videodakı əsgərlərin ərəbcə Hələb və İdlib şəhərləri barədə danışmaları olduğu deyilir.

Məqalədə bu cür açıq-aşkar saxta məlumatların dünyanın belə aparıcı xarici KİV-lər tərəfindən yayılmasının təəccüb doğurduğu bildirilir. İrəvanın bu günə qədər Qarabağda Azərbaycan tərəfdən hər hansı muzdlunun olması barədə heç bir dəlil təqdim edə bilmədiyi vurğulanır.

Müəllif yazır ki, bütün müharibələr kimi Qarabağ müharibəsi də böyük faciədir. Döyüşlər ərzində hər iki ölkənin mülki əhalisinə və infrastrukturuna ziyan dəyib. Ancaq Qərb mətbuatı öz diqqətini hadisələrin inkişafına yönəltməyib. Xüsusilə də döyüş bölgəsindən çox kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması dünya mediasının diqqətindən kənarda qaldı.

Yazıda vurğulanır ki, müasir dövrdə baş verən silahlı qarşıdurmalarda informasiya cəbhəsindəki qarşıdurma döyüş meydanında olduğu qədər əhəmiyyətli ola bilir. Düşmənin hər hansı sadə bir əməliyyatını belə “müharibə cinayəti” kimi qələmə verərək bütün dünyanı həmin düşmənə qarşı qoymaq olar. Qarabağ münaqişəsi zamanı baş verən hadisələrdən də göründüyü kimi, cəbhədəki real vəziyyət beynəlxalq mediada heç də hər zaman dəqiq əks olunmur. Bu müharibə ilə bağlı həqiqətlərin sonrakı nəsillərə olduğu kimi çatdırılması üçün mətbuatın davamlı olaraq gerçək həqiqətləri qərəzsiz şəkildə təqdim etməsi zəruridir.скачать dle 11.3
Mojo.az Banner