Mojo.az Banner
12:12 Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT (Yenilənib)  |     12:01 Hoteldə iki qadına xəsarət yetirdi, qızıllarını ələ keçirdi  |     11:42 Hacıqabulda oğurluq edən iki nəfər HƏBS EDİLDİ  |     11:38 Azərbaycanda problemli kreditlər niyə sürətlə artır? – Ekspert səbəbləri AÇIQLADI  |     11:26 Əvvəlki soyadla müəllif hüququ almaq mümkündürmü?  |     11:17 Azərbaycan vətəndaşları Türkiyədə saxlanıldılar  |     22:56 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək  |     22:49 Bakı Dünya Çempionatına ev sahibliyi edəcək  |     22:40 Vaxtı keçmiş kosmetik məhsullar sağlamlıq üçün risk yaradır (XƏBƏRDARLIQ)  |     22:35 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi - FOTO  |     22:27 Polkovnikə vəzifə verildi  |     22:22 Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video  |     22:14 Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başladı  |     22:07 "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu  |     22:02 "Vüsal 300"ə hökm oxundu  |     21:56 İtkin düşən aktyor ölü tapıldı  |     21:51 Sabahdan Azərbaycanda bayram tətili başlayır  |     21:43 ""TikTok"da boşanmanı, xəyanəti reytinq aləti kimi istifadə edirlər" - Komitə sədri  |     21:37 Naxçıvanda külli miqdarda nişanlanmamış siqaretlər aşkar edildi  |     21:30 Azərbaycanda məktəb və bağçalarda suçiçəyi xəstəliyi yayılır - Video  |    
Left Banner
Right Banner

Meksikanın nüfuzlu KİV-lərində erməni terroru pislənib

05.11.2020 15:22 2 118
Meksikanın nüfuzlu KİV-lərində erməni terroru pislənib
Meksikanın nüfuzlu “El Economista” və “Pulse News Mexico” qəzetlərində Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın 27 sentyabr tarixindən etibarən törətdiyi müharibə cinayətləri haqda məlumat verilib.

Səfir Məmməd Talıbovun qeyd olunan mətbu orqanlarına müsahibələri əsasında dərc edilmiş yazılarda Dağlıq Qarabağın bəzi KİV-lərdə qeyd olunduğunun əksinə, mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq qaydada tanınmış və ətraf yeddi rayonla birlikdə 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş ərazisi olduğu qeyd edilir və bu ərazilərdən 1 milyona yaxın azərbaycanlının qovularaq məcburi köçkünə çevrildiyi bildirilir.

BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etdiyi, lakin bu günədək Ermənistanın həmin sənədlərə məhəl qoymadığı vurğulanır. Münaqişənin həlli üzrə Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da Ermənistanın davamlı şəkildə qeyri-konstruktiv mövqe göstərməsi səbəbindən heç bir nəticə əldə olunmadığı deyilir.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin, xüsusilə də Baş nazir Paşinyanın son iki il ərzindəki daha aqressiv yanaşması, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistana aid olduğuna dair bəyanatları, habelə işğal edilmiş əraziləri birdəfəlik ilhaq etmək, hətta mümkün olarsa yeni ərazilər zəbt etmək məqsədinin açıq-aydın ifadə olunduğu açıqlamaları nəticəsində danışıqlar prosesinin tamamilə pozulduğu bildirilir.

27 sentyabr tarixindən etibarən Ermənistanın növbəti dəfə hərbi təcavüzə cəhd etdiyi, bu xüsusda yalnız hərbi mövqeləri deyil, mülki Azərbaycan əhalisini də hədəfə aldığı bildirilir və
30 oktyabr tarixinədək Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən dinc yaşayış məntəqələrinə artilleriya və ballistik raket zərbələri endirməsi nəticəsində 91 nəfər mülki azərbaycanlının həlak olduğu, 400 nəfərinsə yaralandığı, habelə 2000-dən çox mülki evin dağıdıldığı məlumat verilir.

Azərbaycan silahlı qüvvələrinin hazırda mülki vətəndaşların təhlükəsizliyini təmin etmək və işğalda olan ərazilərimizi azad etmək məqsədilə əks-hücum əməliyyatları apardığı və bunu birmənalı şəkildə öz suveren ərazilərimiz çərçivəsində etdiyi qeyd olunur.

Ermənistanın münaqişəyə etnik və dini don geyindirməsi cəhdlərinin, habelə guya Türkiyənin münaqişəyə müdaxilə edərək Azərbaycana hərbi yardım göstərdiyi ilə bağlı yaydığı xəbərlərin saxta olduğu deyilir.

Regionda davamlı sülh və təhlükəsizliyə başlıca təhdidin Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu, ölkəmizin sülh tərəfdarı olduğu, ancaq bunun üçün işğalçı qüvvələrin Azərbaycan torpaqlarını tərk etməsi gərəkdiyi söylənilir.

Çoxmillətli ölkə olan Azərbaycanın Dağlıq Qarabağda yaşayan ermənilərlə heç bir problemi olmadığı, hazırda paytaxt Bakıda 30 minə qədər erməni yaşadığı və Ermənistan ordusunun işğal olunmuş ərazilərimizi tərk etməsindən sonra hər iki xalqın nümayəndələrinin birgə yaşaya biləcəyi vurğulanır.скачать dle 11.3
Mojo.az Banner