Mojo.az Banner
22:59 Goranboyda 17 yaşlı qızın nişan mərasiminin qarşısı alındı  |     22:50 Türkmənistan kriptovalyuta hasilatını qanuniləşdirir  |     22:50 Toyda oynadığı yerdə yıxılıb öldü  |     22:43 Azərbaycan boksçusu Avropa çempionatında finala yüksəlib  |     22:35 General Cavid Abdullayevə yeni VƏZİFƏ VERİLDİ  |     22:27 Ukraynada korrupsiya qalmaqalı sülh danışıqlarını poza bilər  |     22:20 Gəncədə minik avtomobili aşıb, xəsarət alanlar var  |     22:11 Kəlbəcərdə açıq ərazidə yanğın baş verib  |     22:03 Şri-Lankada daşqınlar və torpaq sürüşmələri: 56 ölü  |     21:56 Ucarda fərdi yaşayış evi yanıb  |     21:48 Qara dənizdə Rusiyaya məxsus gəmidə partlayış olub  |     21:40 Bu ölkələrdən Azərbaycana ət idxalı dayandırıldı  |     21:33 Elton Con sürətlə görmə qabiliyyətini itirir: "Mənim üçün çətindir"  |     21:26 Alış-veriş deyil, kütlə psixologiyası: "Qara cümə"də izdihamın səbəbləri..  |     21:14 Prokurorluq orqanlarında qulluqla bağlı imtahan mərhələsinin nəticələri açıqlandı  |     21:06 "Barselona"nın futbolçusunda rotavirus aşkarlanıb  |     20:48 70 kq qızılla saxlanılan polkovnik-leytenantın məhkəmə istintaqı başladı  |     20:45 Gəncədə sərxoş şəxs xəstəxanada öldü  |     20:25 Ödənişli yolda radar və müşahidə kameraları quraşdırıldı  |     20:24 Qeyri-neft sektoruna aid ixrac mallarının siyahısında qızıl birincidir  |    
Left Banner
Right Banner

Ordumuz ermənilərin artilleriya batareyasını məhv etdi: Düşmən qaçır - RƏSMİ

16.10.2020 12:52 2 346
Ordumuz ermənilərin artilleriya batareyasını məhv etdi: Düşmən qaçır - RƏSMİ
Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.

5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.

10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.

Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.скачать dle 11.3