Mojo.az Banner
16:36 Bakının mərkəzi prospektində "Qırat" Koroğlunu "axtarır" - Video  |     16:33 Mərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur?  |     16:30 Taleh Kazımovdan Ramiz Mehdiyevin ailə bankı ilə bağlı AÇIQLAMA  |     16:20 33 il əvvəl Bakıda adam öldürən şəxs Almaniyadan ekstradisiya edilir  |     16:14 Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     16:12 Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı qərar verdi  |     15:53 Azərbaycan Pakistana humanitar yardım göstərib  |     15:49 Mingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİCLƏ YARILDI  |     15:48 Azərbaycanın yeni KAMİKADZE DRONLARI - FOTO  |     15:42 Tehranda ticarət mərkəzindəki yanğında 11 nəfər ölüb  |     15:40 Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR  |     15:39 Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI  |     15:03 Bakıda həbsxanada cinayət: Məhkum kamera yoldaşını öldürdü  |     15:00 Xaricə getmək istəyənlərə pis xəbər: Təyyarə biletləri bahalaşdı  |     14:03 Ölkəmiz üzərindən Ermənistana taxıl və gübrə göndərildi (Yenilənib)  |     14:01 "Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım  |     12:19 Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi  |     12:07 Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT  |     12:06 Azərbaycan nefti ucuzlaşıb  |     12:03 Ötən il fermerlərə 280 milyon manat ödənilib - RƏSMİ  |    
Left Banner
Right Banner

“0 (sıfır)” dərəcə – qeyri rezidentə ödənilən ƏDV

11.08.2020 15:18 1 965
“0 (sıfır)” dərəcə – qeyri rezidentə ödənilən ƏDV
ƏSAS DİQQƏT ÇƏKƏN MƏQAM – İXRAC

Rezident şəxslər tərəfindən görülən Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində qeyd olunan işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer xarici ölkə olduqda, həmçinin işlər və ya xidmətlər alıcının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə bilavasitə bağlı olmadığı halda həmin işlərin görülməsi və ya xidmətlərin göstərilməsi xidmətin ixracı hesab olunur və belə əməliyyatlar 0 dərəcə ilə ƏDV-yə cəlb edilir.

Misal – 1: ƏDV ödəyicisi olan «A» MMC Rusiyada yerləşən «B» şirkətlə müqavilə bağlayır. Müqaviləyə əsasən «A» MMC B şirkətin reklamını Azərbaycanda həyata keçirəcək. B şirkət bunun üçün 10 000 pul ödəyəcək. Belə olan halda B şirkətin «A» MMC-yə ödədiyi vəsait 0 dərəcə ilə 10 000 *0% = 0 ƏDV cəlb oluncaq. Qeyd: «B» şirkətin Azərbaycandakı nümayəndəsi bu işi həyata keçirsə idi o halda 10 000 *18 ƏDV cəlb olunacaq idi. Digər məqam əgər «A» MMC-nin alıcısının («B» şirkətin) yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer xarici ölkə olduqda 0 dərcə ilə ƏDV-yə cəlb olunur.

Misal – 2: ƏDV ödəyicisi olan «A» MMC Rusiyada yerləşən «B» şirkətlə müqavilə bağlayır. Müqaviləyə əsasən «B» şirkət A MMC-nin reklamını Rusiyada həyata keçirəcək. «A» MMC bunun üçün 10 000 pul ödəyəcək. Belə olan halda «A» MMC «B» şirkətə ödədiyi vəsaitdən 18 dərəcə ilə 10 000 *18% ƏDV cəlb oluncaq. Qeyd: «A» MMC Azərbaycanda yerləşir. Xidməti alan təşkilat. «B» təşkilat Rusiyada yerləşir. Xidməti göstərən təşkilat. 168.1.5 maddəyə əsasən alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer xarici ölkə olduqda «0» dərəcə ilə ƏDV cəlb olunur. Misalda xidməti alan təşkilat xarici ölkə deyil. O, Azərbaycanda yerləşən təşkilatdır. Xarici ölkə olsa idi «0» dərəcə ilə ƏDV cəlb olunacaq idi.

«A» MMC-nin qeydiyyatda olduğu, yerləşdiyi yer, təsis edildiyi yerdə xarici ölkə olmadığı üçün «0» dərəcə ƏDV cəlb olunma hüququnu itirmiş olur.
//banker.azскачать dle 11.3
Mojo.az Banner