Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda ictimai nəqliyyatda mobil ödənişlər tətbiq olunacaq

12.03.2019 21:53 2 242
Azərbaycanda ictimai nəqliyyatda mobil ödənişlər tətbiq olunacaq
Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" bu ilin sonunadək mobil ödəniş sisteminin tətbiqini planlaşdırır.

Median.Az
bildirir ki, bu barədə ONA-ya şirkətin prezidenti Vahid Mürsəliyev məlumat verib.

Bu növ ödənişin ictimai nəqliyyatda mümkün olub-olmadığına gəldikdə, şirkət rəhbəri qeyd edib ki, bu məsələ nəqliyyat sisteminin texniki hazırlığından asılı olacaq.

"Biz bu xidməti təqdim edəcəyik. Kim ona hazır olacaqsa, o da tətbiq edəcək. Yəqin, gələcəkdə bu növ ödənişlər ictimai nəqliyyatda da mümkün olacaq. Ümumiyyətlə, gələcəkdə bütün xidmətlər, o cümlədən nəqliyyatda da olan xidmətlər rəqəmsallaşdırılacaq", - deyə V. Mürsəliyev bildirib.

Şirkətin əsas planları barədə danışan V. Mürsəliyev onu da qeyd edib ki, hazırda gündəlikdə duran vacib məsələ şirkətin rebrendinqidir və bu prosesin icrası cari il ərzində həyata keçiriləcəyi nəzərdə tutulub.

"Bu il nəzərdə tutulan digər əsas məqam 4G şəbəkəmizi genişləndirməkdir ki, bu istiqamətdə də hazırda olduqca ciddi işlər aparılır. Müəyyən nəticələr artıq ciddi şəkildə hiss edilməkdədir. Yaxın zamanlarda 4G şəbəkəmiz nəinki Bakı və Abşeron yarımadasını, eləcə də bütün ölkə ərazisini tam əhatə edəcək. Sözügedən işlərin icrasına lazım olan investisiyalar ayrılacaq", - deyə şirkətin prezidenti əlavə edib.скачать dle 11.3
Mojo.az Banner