Karantin rejiminin pozulmasına və maska taxmamağa görə cərimələr artırıldı - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |     13:52 Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər  |     13:40 Bu hallarda kirayəyə ev verənləri cəza gözləyir - AÇIQLAMA (VİDEO)  |     13:20 Səs yazısı yayılan bağça müdiri ilə bağlı rəsmi açıqlama  |     13:17 Pensiya alanların NƏZƏRİNƏ: Ödənişlər edildi  |     13:15 Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - YENİLƏNİB  |     13:14 Ögey atasını öldürmüş şəxsə cəza verilmədi - FOTO  |     13:10 Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi  |     13:09 Ağcabədidə iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub  |     13:07 Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub  |     13:06 Bakıda 73 yaşlı kişi özünü asaraq intihar etdi  |     13:04 Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR - VİDEO  |     13:01 Bakının mərkəzi prospektlərindən birində aparılan təmirlə bağlı sürücülərə MÜRACİƏT  |    

Karantin rejiminin pozulmasına və maska taxmamağa görə cərimələr artırıldı - RƏSMİ

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Bundan başqa, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Eyni zamanda, əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 222 02.07.20 13:53