Mojo.az Banner
21:17 Azərbaycanda banklarla bağlı yeni qərar  |     21:09 Külək güclənəcək - XƏBƏRARLIQ  |     21:01 Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq  |     20:55 Bu vitaminlərdən içməyin!  |     20:47 Sabah 31 dərəcə isti olacaq  |     20:41 Səhiyyə Nazirliyi saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırmaya başladı  |     20:34 Bakıda körpü təhlükə saçır - Video  |     20:29 Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaradıb - Video  |     20:20 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     20:15 Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - Video  |     20:08 BDYPİ sürücülərə məcburu dayanma ilə bağlı müraciət etdi  |     20:00 On Azərbaycan vətəndaşı Ermənistana turist kimi səfər edib  |     19:55 Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir  |     19:39 Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA  |     19:33 Bakıda WUF13 Festivalına yekun vuruldu  |     19:28 Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb  |     19:19 "TikTok"da ipoteka vədi ilə vətəndaşı aldadan maklerə hökm oxundu  |     19:07 Bakıda bir neçə nəqliyyat şirkətinin vergi borcu üzə çıxdı - MƏBLƏĞ  |     19:02 354 kq heroinin dövriyyəsini təşkil edən Hindistan vətəndaşı Bakıda saxlanıldı  |     18:57 "Qremmi" mükafatının təqdimat tarixi açıqlandı  |    
Left Banner
Right Banner

DİN: Başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə sms icazə alan 88 nəfər müəyyənləşib

30.06.2020 21:17 2 290
DİN: Başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə sms icazə alan 88 nəfər müəyyənləşib
"Ölkədə"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”nin 8103 nömrəsinə gün ərzində heç bir səbəb olmadan dəfələrlə əsassız, o cümlədən başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə müraciət edən şəxslərin kimliyi müəyyən edilib”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 88 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, izahatları alınaraq xəbərdarlıq ediliblər. Onların nəzərlərinə çatdırılıb ki, növbəti dəfə belə hallara yol verəcəkləri təqdirdə barələrində daha ciddi inzibati tədbirlər görüləcək: "Odur ki, vətəndaşlarımızı bir daha 8103 nömrəsindən aidiyyatı üzrə istifadə etməyə çağırır, bu zaman sui-istifadə hallarına yol verməməyi tələb edirik. İcazələrin Alınması və Monitorinqi Sisteminə daxil olan bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Müxtəlif əsassız bəhanələrlə və ya başqasının şəxsiyyət vəsiqəsinin seriya nömrəsindən istifadə etməklə qanunsuz olaraq 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq sanitariya-gigiyena və karantin rejiminin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində tərəfimizdən tədbirlər davam etdirilir".скачать dle 11.3
Mojo.az Banner