İsmayıllının təhsil sahəsinə yeni rəhbər təyin olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:44 Xərçəng xəstəliyi hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb  |     18:39 Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq  |     18:31 BBC: Anomal istilər avropalılar üçün ölümcül olub  |     18:11 Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub  |     17:51 Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib  |     17:25 Dubaydan gələn Azərbaycan vətəndaşının əl yükündə 548 karat brilyant aşkarlandı  |     16:58 "VKontakte" sosial şəbəkəsində genişmiqyaslı xəta baş verdi  |     16:21 Ermənistan ŞƏT-ə üzv olmaq niyyətini açıqladı  |     15:41 Attestata səhv qiymət yazan direktor cəzalandırıldı  |     15:37 Konsulluq əməkdaşları Bakıda saxlanılan Rusiya vətəndaşları ilə görüşəcəklər - Zaxarova  |     15:01 Emin Rusiyadakı konsertini təxirə salır? - FOTO  |     15:00 Şimali Kipr Türk Respublikasının prezidenti Füzuli rayonuna gedib  |     14:51 Rusiyanın mobil provayderlərində "az" domenli saytlara giriş məhdudlaşdırılıb  |     14:50 Alyona Əliyeva Leyla Əliyevanı təbrik etdi - FOTO  |     14:32 Pakistanın baş naziri Azərbaycana yola düşüb  |     13:44 İsrail prezidenti Azərbaycana təyin olunmuş yeni səfirlə görüşüb  |     13:38 "Crocus City Hall"da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar  |     13:31 Özbəkistan prezidenti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb  |     13:30 Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü  |     13:30 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |    

İsmayıllının təhsil sahəsinə yeni rəhbər təyin olundu

İsmayıllı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

"Report"un məlumatına görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sərəncamı ilə quruma yeni rəhbər Rövşən Əliyev təyin olunub. O, bu gün icra başçısı tərəfindən kollektivə təqdim olunub.

Qeyd edək ki, R.Əliyev 1968-ci ildə Lahıc qəsəbəsində anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-informatika fakültəsini bitirib. Lahıc qəsəbə tam orta məktəbində fizika-informatika müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə keçirilmiş 2009/2010 və 2014/2015-ci tədris illəri üzrə “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olub, ölkə başçısının digər sərəncamı ilə 2013-cü ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Məktəblilər üçün 6-11-ci siniflər üzrə fizika dərsliklərinin həmmüəllifidir.

O, 2015-ci ildən bu günə qədər Lahıc bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 278 21.05.20 22:47