Genişmiqyaslı güzəşt paketi: Vergi ödəyicilərinin yükü azaldılacaq - ŞƏRH » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Genişmiqyaslı güzəşt paketi: Vergi ödəyicilərinin yükü azaldılacaq - ŞƏRH

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yaratdığı problemi aradan qaldırmaq, itkiləri minimallaşdırmaq istiqamətində tədbirlər planının əhatə dairəsi genişlənir.

Dövlətin iqtisadi-sosial paketində əhatə olunan sahələrin artması iqtisadiyyatı dirçəltmək, böhranın təsirlərini zərərsizləşdirməyə yönəlib.

Sahibkarlıq fəaliyyəti iqtisadiyyatın dinamikasını təmin edən əsas hərəkətverici qüvvədir, buna görə də, Azərbaycan dövləti bu sahəyə də xüsusi diqqət ayırır.

İqtisadiyyatın əsas sütunlarından biri olan sahibkarlığın yenidən dirçəldilməsi “xilas doktrinası”nın tərkib hissəsidir.

Təbii ki, belə bir məqamda sahibkarlar üçün əlavə güzəştlərin tətbiqi prioritetdir.

Bütün sadalanan amilləri nəzərə alan dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, o cümlədən kiçik və orta sahibkarlığa vergi güzəştləri və tətilləri verəcək.

Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” qanuna zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlayıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan layihələr ali qanunverici orqana - Milli Məclisə təqdim edilib.

Vergi qanunvericiliyi çərçivəsində

Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyiciləri üçün mühüm məqam yer alır. Belə ki, 2020-ci ilin yanvarın 1-dən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.

Yerləşmə vasitələri hesab edilən hotel və mehmanxana tipli digər obyektlərin, turoperatorların, turagentlərin, ictimai iaşə obyektlərinin, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili sərnişin daşımaları fəaliyyətləri həyata keçirənlərin həmin azadolmadan yararlanacağı bildirilir.

Həmçinin sifarişlər üzrə malların, yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması fəaliyyəti, sərgilərin təşkili, səhnə, istirahət və əyləncə, kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti, idman-sağlamlıq obyektlərinin fəaliyyəti, hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərin fəaliyyəti ilə bağlı güzəştlər layihəyə salınıb.

Vergi güzəştləri həmçinin Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələrinə də şamil ediləcək.

Müxtəlif vergi rejimlərində çalışan vergi ödəyiciləri üçün vergi güzəştləri

Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə bir il müddətinə bəzi vergi güzəştlərinin verilməsi planlaşdırılır. Bu, həmin şəxslərin seçdikləri vergitutuma metodundan asılı olacaq.

Mənfəət vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən gəlirin 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyiciləri də bu proqramdan yararlana biləcək.

Belə ki, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.

İctimai iaşə sektoru üzrə vergi dərəcəsinin səkkiz faizdən dörd faizə, sərnişindaşımada hər oturacağa görə vergi məbləğinin 1,8 manatdan 0,9 manata endirilməsi təklif edilir. Lakin bura taksilər aid edilmir.

Taksi fəaliyyəti ilə bağlı hər nəqliyyat vasitəsi üçün vergi doqquz manatdan 4,5 manata endiriləcək.

Digər güzəştlər

Koronavirus pandemiyasının mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Həmin güzəştlər vergi ödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur:

Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan vergi dərəcəsinin 14 faizdən yeddi faizə endirilməsi;

Bir il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr 2020-ci il tarixinədək uzadılması;

Mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

Ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması;

ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 2020-ci il üzrə sadələşdirilmiş vergi metodunu seçmək hüququnun 20 aprel tarixindən 1 sentyabr tarixinədək uzadılması.

Mikro sahibkarlara vergi güzəştləri

Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün də güzəştlərin verilməsi nəzərdə tutulur.

Belə ki, sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi bura daxildir.

Eyni zamanda, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının, mənfəət və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddətin sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə olunan qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi də layihəyə salınıb.

Hansı sahibkarlar bütün güzəştlərdən yararlanacaq?

Bildirək ki, layihədə bir sıra vergi güzəştləri və azadolmaların bütün sahibkarlıq subyektlərini əhatə edəcəyi göstərilib.

Epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik tədbirlərə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılmasını buna misal gətirmək olar.

Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi planlaşdırılır.

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksesuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən azad olunması nəzərdə tutulur.

Sosial sığorta qanunvericiliyi çərçivəsində

Bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükü də azaldıla bilər. Bununla bağlı müzakirəyə çıxarılmış güzəştlər geniş spektri əhatə edir.

Prezident İlham Əliyevin apardığı sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat məbləğində müəyyən edilib. Bu sosial xarakterli mühüm dəyişiklik qeyri-muzdlu gəlirlər üzrə minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub. Bunu nəzərə alaraq, sosial sığorta yükünün azaldılması məqsədilə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib.

Məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə differensial faiz əmsallarının tətbiq edilməsi sənədə salınıb.

Məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə differensial faiz əmsallarının tətbiqi də müvafiq güzəşt kateqoriyasına daxildir.

Bunu sadə misalla izah edək. Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50 faiz azalma deməkdir.

Başqa misala diqqət yetirək. Bakı şəhərində digər fəaliyyətlə (tikinti və ticarətdən başqa) məşğul olan şəxslər hazırda 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 37,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 40 faiz azalma deməkdir.

Sabit qəbz və fərqlənmə nişanı ilə çalışanların sosial sığorta yükü azaldılacaq

Sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması planlaşdırılır.

Bəs bu nə deməkdir?

Bakıda fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 30 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 92,5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5 faiz azalma deməkdir.

Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 18 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Dəyişiklikdən sonra bu şəxslər doqquz manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək, onların cəmi vergi və sosial yükü 39 manata enəcək.

Kənd təsərrüfatında çalışanların sosial yükü azaldılacaq

Mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının altı faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, beş hektaradək torpaq sahəsi və dörd nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur: beş hektaradək olduqda - iki faiz miqdarında, beş hektardan 10 hektaradək - altı faiz miqdarında, 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Beş hektaradək torpaq sahəsi və dörd nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq beş manat məbləğində, cəmi ailə üzvləri isə 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.

Habelə, torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.

Vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükünün optimallaşdırılması

Layihədə bu kateqoriya üzrə şəxslərin sosial sığorta yükünün əldə etdikləri gəlirlərdən xərclər çıxılmaqla 10 faizi miqdarında müəyyən edilməsi nəzərdə tutulur.

Güzəşt və azadolmalarla bağlı genişmiqyaslı paket Azərbaycan əhalisinin sosial rifah halının yaxşılaşdırılmasını, iqtisadiyyatı normal iqtisadi normalar çərçivəsinə qaytarmağı hədəfləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 203 22.04.20 20:25