Mojo.az — elanlar
Son Xəbərlər
18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04.09.2026 17:23 294
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
"Dini dəyərləri alçaltma” və "Prezidenti təhqir etmə” ittihamları ilə həbs edilən türkiyəli komediyaçı Deniz Göktaş barəsində ittiham aktı hazırlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun hazırladığı ittiham aktında Göktaşın üç ayrı cinayət üzrə məsuliyyətə cəlb olunması tələb edilib.

Prokurorluq onun 2 il 2 aydan 9 il 8 ayadək müddətə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktında Göktaşın iyunun 24-də "Ölü Deniz” adlı "YouTube” proqramında səsləndirdiyi ifadələrə yer verilib. Bildirilib ki, onun çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı ifadələri tənqid sərhədlərini aşaraq dövlət başçısının şərəf, ləyaqət və nüfuzuna xələl gətirəcək xarakter daşıyıb.

Bundan başqa, Göktaş "xalqı kin və düşmənçiliyə təhrik etmək və ya aşağılamaq” və "cinayəti və cinayətkarı tərifləmək”də ittiham olunur.

İttiham aktında onun oruc tutan şəxslərlə bağlı səsləndirdiyi ifadələrin də xalqın dini baxımdan fərqli xüsusiyyətlərə malik bir hissəsini digər hissəsinə qarşı kin və düşmənçiliyə açıq şəkildə təhrik etdiyi bildirilib.

Göktaşın başqa bir videosunda İslam dininin müqəddəs kitabı olan "Qurani-Kərim”lə bağlı ifadələr iş üzrə materiallara daxil edilib.

Həmçinin onun dənizə haşema ilə girən qadınlarla bağlı sözləri də ittiham aktında yer alıb. Sənəddə Göktaşın ifadəsində "dalğıc” sözü ilə dənizə haşema ilə girən qadınları nəzərdə tutduğunu etiraf etdiyi qeyd olunub.

Qeyd edək ki, prokurorluğun tələb etdiyi cəza məhkəmənin yekun qərarı deyil. Son qərarı məhkəmə verəcək.

Son xəbərlər