Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video |
Mojo.az Avto
Mojo.az Avto

Sentyabrda bu tarixlərə DİQQƏT — Astroloqdan XƏBƏRDARLIQ

04.09.2026 15:33 2 601
Sentyabrda bu tarixlərə DİQQƏT — Astroloqdan XƏBƏRDARLIQ
"Sentyabrın ilk ongünlüyündə Günəş-Vesta qovuşumu baş verəcək. Bu qovuşum qədim mifologiyada simvolik olaraq "Bakirəlik və bəkarətlə" əlaqələndirilib. Bu günlərdə müəyyən münaqişələr və ayrılıqlar olacaq. Hər kəs öz mərkəzində qalmalıdır. İnsanlar bu ayın ilk ongünlüyündə bir-birinin sərhədlərinə hörmətlə yanaşmalıdır. Ayın ilk 10 günü mərkəzimizdə qalıb daxili işləri həll etmək üçün böyük bir şansdır. Çünki 10 illərdir ki, belə bir şans yaranmır və qarşıdakı uzun müddətdə də yaranmayacaq".

Bu sözləri Median.Az-a açıqlamasında astrologiya və metafizika mütəxəsisi Təbriz Mirzə deyib.
Astroloq bildirib ki, iyun ayından bəri natamam qalmış söhbətlər sentyabrdakı Qoç Dolunayında açığa çıxacaq. İyun ayında Alqol ulduzu ilə qovuşum oldu, Alqol baş, boğaz ilə əlaqədardır, Alqol ulduzu tətikləndiyi zaman keçmişdə İŞİD üzvləri insanların başını kəsmişdi, 2020-dən sonakı karonavirus dönəmində də Alqol tətiklənmələri oldu və son olaraq iyun ayında bu təsir özünü gəstərib. İranla ABŞ aradındakı "Hörmüz boğazı" savaşı da bununla bağlıdır.

Mütəxəssis əlavə edib ki, 26 sentyabr Qoç bürcündəki ay tutulması isə İyun ayındakı qaranlıq məqamları nəhayət ki, gün üzünə çıxaracaq. Alqol ulduzu qədim mifologiyada Medusa ilə əlaqəlidir, günahsız insanların kəsilən başı yəni, haqqsızlığa məruz qoyularaq şiddət göstərilməsi və sonrakı mərhələdə bunun kollektiv üzərindəki karmik cəzalarını ifadə edir.

Onun sözlərinə görə, sentyabr ayının ilk həftəsi hər kəs öz mərkəzində qalmalıdır. Çünki həyat da, energiyalar da bunu təşviq edir. Gördüyümüzə və eşitdiyimizə inanmamalıyıq.

Astroloq qeyd edib ki, sentyabrın 11-i Qız bürcündə yeni ay doğacaq. Bu tarixdən sonra yeni iş birlikləri üçün uğurlu vaxtdır, lakin sentyabrın 18-i, 19-u isə həyatımıza girən insanlar çox manipulativ və problem yaradan şəxslər ola bilər, diqqətli olmalıyıq. Xüsusən də yüksələni Tərəzi olanlar bundan təsirlənəcək. Lakin bu, həm də ümumi enerjidir.

Təbriz Mirzə onu da vurğulayıb ki, sentyabr ayının 26-sı civarında baş verəcək Qoç bürcündəki Ay tutulması gizli düşmənləri ortaya çıxaracaq. Dolunay zamanı Marsın da 29 dərəcədə, analitik dərəcədə və Xərçəng bürcündə olması qəzaları, yanğınları, passiv-aqressiv davaları ən pik həddə bizlərə yaşadacaq təsirdədir.

"Yüksələn Tərəzilər iş yerlərində münaqişələrlə, Yüksələn Əqrəblər gizli düşmənlə qarşılaşa bilər. Xərçənglər üçün isə qəzalar baş verə bilər", — astroloq deyib.

Dieta məsələsinə də toxunan Təbriz Mirzə açıqlayıb:

"Günəşin hazırda torpaq ünsürü olan Qız bürcündə olması dieta ilə bağlı məsələləri də ön plana çəkir. Biz dieta etməliyik ki, qışda daha sağlam, ödəm və iltihabdan uzaq olaq. Bu müddətdə torpaqdan gələn qidalar, lifli meyvələr yeyilməlidir ki, immun sistemi daha düzgün işləsin. Qoç bürcündəki Dolunaya qədər miqren və iltihabdan azad olmalıyıq ki, baş bölgəmizdə miqrenlə bağlı problemlər yaşamayaq və qışa hazırlıqlı olaq".
Astroloqun fikrincə, 12-16 noyabr tarixləri isə "şişmiş balonun partlaması", uzun illər öncədən gələn bir söhbətin bitməsi, partlayışı olacaq.

Təbriz Mirzə sonda bildirib ki, bütün vacib işlər 25 sentyabr tarixlərinə qədər görülməlidir. Sentyabr ayında mübahisələrə, eqo savaşlarına girən şəxslər ciddi problemlərlə üzləşəcək. Daha çox daxili dünyamızdakı işləri yoluna qoymalıyıq. Sentyabrın 26-da isə Qoç bürcündə baş tutacaq dolunayda gizli düşmənlər, münaqişələr gün üzünə çıxacaq. O vaxta qədər bizlər özümüzlə bağlı üzərimizə düşən işlərlə məşğul olmalıyıq ki, qarşılaşdığımız problemlərə, hücumlara daha balanslı və hazırlıqlı ola bilək.

Astroloq mövzunun olduqca dərin olduğunu, bir yazıya sığmadığını da dilə gətirib.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər