Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Külli miqdarda qızılı Türkiyəyə aparmaq istəyən şəxslərə hökm oxundu

04.09.2026 15:57 369
Külli miqdarda qızılı Türkiyəyə aparmaq istəyən şəxslərə hökm oxundu
Azərbaycanda qızıl qaçaqmalçılığında ittiham olunan 5 nəfərin məhkəmə prosesi yekunlaşıb.

Median.Az
APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Əli Ə. və Cəlil M. 5 il 6 ay, Vüsal S., Afiq A. və Rəvan Ə. isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.

Müttəhimlərdən 3-ü məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

İttihama görə, onlar 2025-ci ilin sentyabrında qızıl məmulatlarının qaçaqmalçılıqla Türkiyəyə aparılaraq satılması və əldə ediləcək gəlirin bölüşdürülməsi barədə razılaşıblar.

Bunun üçün ümumilikdə 215 min manat vəsait toplanıb, Bakı şəhərinin Nəsimi rayonundakı "Moskva" ticarət mərkəzində müxtəlif əyarlı qızıl məmulatları əridərək təmiz halda 999 əyarlı qızıl boyunbağılar, qolbaqlar düzəldiblər.

Hazırlanan qızıl məmulatlarının ümumi dəyəri 213 594 manat, kütləsi isə 984,94 qram olub. Qızılların gömrük nəzarətindən gizlədilməsi məqsədilə onların Bakı-Naxçıvan sərnişin avtobusunun arxa oturacağında gizlədildiyi müəyyən edilib. Daha sonra Biləsuvar gömrük məntəqəsindən İran ərazisinə, oradan isə Culfa vasitəsilə Naxçıvana keçirilib və Türkiyəyə aparılması planlaşdırılıb.

Məlumata görə, Əli Ə. qızılların Türkiyəyə aparılmasını təşkil edib. Cəlil M. isə bu işdə ona kömək edib.

Vüsal S., Afiq A. və Rəvan Ə. qızılın alınması, əridilməsi, hazırlanması və maliyyələşdirilməsində iştirak etdiyi bildirilib.

Əli Ə. və Cəlil M. Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Vüsal S., Afiq A. və Rəvan Ə. isə 32, 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayətində iştirak etmə) maddələri ilə yekun ittiham elan olunub.

Son xəbərlər