Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək

04.09.2026 12:25 417
Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsi və aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Ənvər Həsən oğlu Tağıyevin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Ənvər Tağıyevin qaçaqmalçılıq cinayətini törətməsinə, habelə aksiz markası ilə markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə müvafiq qərar qəbul edilib, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan olunub. Keçirilmiş tədbirlər nəticəsində onun Ukrayna ərazisində yeri müəyyən edilərək saxlanılması təmin edilib.

Hazırda Ənvər Tağıyevin Azərbaycan Respublikasına gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Son xəbərlər