Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda ələ keçdi - Ölkəmizə gətirilir

25.05.2026 11:18 438
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda ələ keçdi - Ölkəmizə gətirilir
Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Türkiyə Respublikasının vətəndaşı Kaya Osmanın ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Osman Kaya təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.

Bu səbəbdən Osman Kayanın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub. O, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, Gürcüstan dövlət sərhədini qanunsuz keçmək istəyərkən müəyyən edilərək saxlanılıb.

Hazırda Osman Kayanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.

Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycana gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla sıx əməkdaşlığı davam etdirir.

Son xəbərlər