Mojo.az Banner
22:15 Süni intellekt elmi fantastikaya yaxınlaşır: "Claude"un yaradıcısı "əyləci basmağa" çağırdı  |     22:09 Yundan istifadə sümükləri bərpa edirmiş  |     22:02 Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT  |     21:57 Kürün səviyyəsi yenidən artdı - Son vəziyyət  |     21:49 Tbilisi qatarında uşaqlara hansı güzəştlər olacaq?  |     21:44 Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəmə işi  |     21:36 Bu məktəblərə I sinfə qəbul müsabiqəsinin nəticələri elan olundu  |     21:30 Fəyyaz Xankişiyevin oğlunun məhkəməsi keçirildi  |     21:24 "Alisiya Möcüzələr Diyarında" adlı layihəyə görə 128 minlik dələduzluq işi  |     21:16 "Siti"də 10 illik Qvardiola dövrü bitdi  |     21:11 Ebola virusundan ölənlərin sayı açıqlandı  |     21:02 Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək  |     20:56 Şənbə günü 28° isti olacaq  |     20:50 Lombarda ödənişləri etsə də, qızılını geri ala bilmir - VİDEO  |     20:43 Bakıda bu zolaqlar qüvvədən düşür - SABAHDAN  |     20:38 270 min hektardan çox ərazi mina və hərbi sursatdan təmizlənib  |     20:29 "Space" TV-də 2 aydan çox yığılıb qalan borclar bağlandı  |     20:23 İstidə buz kimi ayran içənlərə XƏBƏRDARLIQ  |     20:15 Xalq artistinin qardaşı ağır əməliyyat keçirdi  |     20:10 Çimərliyə gedənlərin nəzərinə: Virusa yoluxa bilərsiniz  |    
Left Banner
Right Banner

Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək

19.03.2026 19:23 456
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı İskəndərov Nəriman Vaqif oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Ukraynanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə İskəndərov Nəriman Vaqif oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, elektron məlumat daşıyıcısından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən Nəriman İskəndərovun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun ölkəmizə gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner