Mojo.az Banner
14:06 Azərbayсan ət idxalının həcmini yeddi faizə yaxın azaldıb  |     13:39 Fransa səfirliyi Azərbaycanı təbrik etdi  |     13:03 İrəvanda 10 ildən sonra ilk hərbi parad keçirildi  |     12:49 Babək rayonunda qəzada ölən gənc tələbə imiş  |     12:45 Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib  |     12:44 Komitə sədri şöbə müdirini İŞDƏN ÇIXARDI  |     12:41 Səməd Vurğunun "Pobeda"sı illər sonra paytaxt yollarında - Video  |     12:40 Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT  |     12:24 Biləcəridə yol xaosu: "Heç kim bura ikinci dəfə gəlmək istəmir" - Video  |     12:21 Sosial şəbəkələrdə yeni "abituriyent tələsi": Balları artırmaq adı ilə valideynləri necə aldadırlar? - Video  |     12:17 Hindistanda Messinin 21 metrlik heykəli söküləcək  |     12:10 Göyçay sakinini ilan sancıb  |     12:03 Azərbaycanda Müstəqillik Günü qeyd olunur  |     23:15 Paşinyan yeni Konstitusiya ilə bağlı qərarını açıqladı  |     23:03 Ermənistan Rusiyadan qaz və neft sazişlərinin ləğvi ilə bağlı xəbərdarlıq məktubu alıb  |     22:01 Əli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib  |     21:43 Uşaqlar üçün ən faydalı cizgi filmləri BUNLARDIR  |     21:31 Bu gölün ətrafındakı torpaqlar qızılla örtülüb  |     21:15 Mənzil aldı, 22 kvadratmetr itirdi: Xırdalan sakini şirkətdən şikayətçidir - Video  |     21:13 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək  |    
Left Banner
Right Banner

Azərbaycanda universitetdə xlorla dezinfeksiya: “İşçilər az qala boğulacaq”

03.03.2020 16:40 2 180
Azərbaycanda universitetdə xlorla dezinfeksiya: “İşçilər az qala boğulacaq”
“İşçilər xlor qoxusundan az qala boğulacaqlar”.

Bunu Lənkəran Dövlət Universitetinin əməkdaşları Qafqazinfo-ya müraciətində bildirib.

Onların sözlərinə görə, koronavirusla bağlı universitetdə dezinfeksiya işləri görülən zaman köməkçi və texniki heyət universitetdə saxlanılıb.

Belə olan halda laborantlar, kargüzarlıq şöbəsinin əməkdaşları universitetdə nəfəs almaqda çətinlik çəkdiklərini qeyd edib.

Qafqazinfo məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb.

Təhsil müəssisəsinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, tapşırığa əsasən, universitetin bütün tədris korpuslarında dezinfeksiya işləri, əsasən, şənbə-bazar günləri aparılır. Həftəiçi isə tibbi-profilaktik tədbirlər həyata keçirilir:

“Qərara əsasən, müəssisədə təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Ancaq bu gün qeyri-iş günü olmadığından bəzi işçilər, məsələn, mühasibatlıq, hansısa kafedranın laborantı, elə özüm də müəyyən müddətlik iş başındayıq.

Bu, o demək deyil ki, həmin şəxslər axşama kimi universitetdə olacaq. İşini bitirən hər kəs çıxa bilər”.скачать dle 11.3
Mojo.az Banner