Mojo.az Banner
21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |     20:22 Bakıda ata və oğul arasında iş üstündə dava - Yumruq vurdu, 9 ay cəza aldı  |     20:14 "iPhone 18" Azərbaycanda neçəyə satılacaq? - Qiymətlə bağlı iddia  |     20:09 Ayı piyindən sabun bişirilən kənd: Zaqatalanın Sabunçusu (VİDEO)  |     20:01 Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?  |     19:56 General Ermənistan vətəndaşlığından imtina etdi  |     19:50 “Qala Qəbələ”də nöqsanlar aşkarlandı - VİDEO  |     19:42 Sabah Bakıda yağış yağacaq  |     19:37 İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi  |     19:30 Koxalski hansı kluba gedir? - “Qarabağ”a ödəniləcək təzminat bəlli oldu  |     19:24 Dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarılıb  |     19:15 Həyətində narkotik yetişdirən şəxs tutuldu  |     19:10 M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb  |     19:03 Göyçayda 3 aylıq körpə anasının qucağından yıxılıb öldü  |    
Left Banner
Right Banner

Sosial şəbəkələrdə yeni "abituriyent tələsi": Balları artırmaq adı ilə valideynləri necə aldadırlar? - Video

28.05.2026 12:21 693
Sosial şəbəkələrdə yeni
Sosial şəbəkələrdə imtahan ballarının artırılması ilə bağlı vədlər verən dələduzlar yenidən aktivləşiblər.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, son günlər xüsusilə "TikTok" və "Instagram" platformalarında "Qəbul ballarını artırırıq, magistr və dövlət qulluğu imtahanlarına dəstək oluruq" başlıqlı saxta paylaşımlar edilir. İmtahanlarda zəif nəticə göstərən abituriyentləri və onların valideynlərini hədəf alan bu şəxslər müəyyən məbləğ qarşılığında nəticələrə müdaxilə etdiklərini iddia edirlər.

Məsələ ilə bağlı paytaxt sakinləri və valideynlər də narahatlıqlarını ifadə ediblər. Onlar uşaqların öz əziyyətləri ilə oxuduqlarını vurğulayaraq, qeyri-qanuni yollarla bal artırılması ilə bağlı vədlərə qətiyyən inanmadıqlarını və bu cür halların inkişaf etmiş bir ölkədə mümkün olmadığını bildiriblər.

Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir:

"Əgər abituriyent imtahanda zəif nəticə göstəribsə, onun qəbul və ya buraxılış balına hər hansı formada müdaxilə edilməsi qeyri-mümkündür. Aşağı bal toplayan şəxslərin valideynləri bu yalanlara aldanaraq müəyyən ödənişlər edirlər, sonradan isə həmin elanları paylaşan şəxslər yoxa çıxırlar. Vətəndaşlar belə qeyri-qanuni addımlardan uzaq durmalı və dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər".

Dövlət İmtahan Mərkəzi (DİM) də mövzu ilə bağlı sorğuya cavab olaraq vətəndaşlara xəbərdarlıq edib. Mərkəzdən bildirilib ki, imtahanlardan sonra bu növ qeyri-real çağırışlarla dələduzluq yolu ilə vətəndaşların pullarının mənimsənilməsinə cəhdlər olunur:

"Vətəndaşlar diqqətli olmalı və sosial şəbəkələrdəki bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər".

Mütəxəssislər əlavə edirlər ki, cinayətkar şəxslər inam yaratmaq üçün saxta profillər açaraq paylaşımların altında "bizə kömək edildi" tipli rəylər yazırlar. Aldadılma faktı ilə üzləşən istifadəçilər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Ekspertlər xüsusilə xəbərdarlıq edirlər ki, bank kartlarının şəkillərini və ya şəxsi məlumatları bu cür fırıldaqçılara göndərmək olduqca təhlükəlidir.
скачать dle 11.3
Mojo.az Banner