Mojo.az Banner
21:41 Azərbaycanda ən çox müavini olan icra başçısı odur – SİYAHI  |     21:33 Sağlam uzunömürlülük üçün üç əsas amili açıqlandı  |     21:32 ABŞ-də süni intellekt insanlar üçün yeni ölümcül virus yaratdı  |     21:26 Bəzi məktəblərdə BSQ-lərin cavabları əvvəlcədən yayılıb: BSQ yenidən təşkil edilə bilər  |     21:21 Ermənistan Azərbaycana rəsmi dəvət göndərəcək  |     21:13 Kamçatkada zəlzələ oldu  |     21:08 ABŞ Ermənistan vətəndaşlarını deportasiya etdi  |     21:00 Samir Bağırovun yeni imici - Video  |     20:55 Ermənistan və Bolqarıstan TRIPP layihəsinin reallaşdırılmasını müzakirə ediblər  |     20:47 Maştağada öldürülən qadının qonşusu: "Emil namaz əhli idi, heç kim bu qətlə inana bilmir"  |     20:37 "Əhmədin əlində "Vinçester", məndə isə 30 kq narkotik var idi" - Sərhəddəki atışmanın TƏFƏRRÜATI  |     20:31 Sürücülərin NƏZƏRİNƏ: Bəzi rayonlarda yollar buz bağlaya bilər  |     20:24 Generalın qardaşı FHN-dəki vəzifəsindən getdi  |     20:16 7 restoranda "Qırmızı kitab"a düşən heyvanların əti satılıb  |     20:10 Gürcüstanda DTX əməkdaşı avtomobilində intihar etdi  |     20:02 Bakıda kirayə götürdüyü mənzili başqasına satdı - Məhkəmə  |     19:57 Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı - Video  |     19:49 Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb  |     19:44 İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir - Gideon Saar  |     19:38 Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - Video  |    
Left Banner
Right Banner

Məhkəmə “Range Rover”lə qəza törədən polis əməkdaşı ilə bağlı prokurorluğun şikayətini təmin etmədi

21.02.2020 14:23 3 304
Məhkəmə “Range Rover”lə qəza törədən polis əməkdaşı ilə bağlı prokurorluğun şikayətini təmin etmədi
Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədov barəsindəki hökmdən prokuror tərəfindən verilən apellyasiya protestinə baxılıb.

Bu barədə Oxu.Az-a vəkil Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya protesti təmin olunmayıb və X.Məmmədov barəsində çıxarılan bəraət hökmü qüvvədə saxlanılıb.

İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.скачать dle 11.3