Mojo.az Banner
21:05 İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi  |     20:59 Bakıda yaşlı qadın ərini baltalayıb  |     14:25 Azərbaycan Ssenaristlər Gildiyası fəaliyyətə başladı – Nicat Dadaşovla MÜSAHİBƏ  |     23:03 Meteohəssas insanların nəzərinə!  |     22:56 Bakıda qadın evində ölü tapıldı  |     22:51 Sanksiyalar və müharibə İranı çökdürür - Qiymətlər KƏSKİN BAHALAŞDI  |     22:44 Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb  |     22:41 İstidən qorunmağın dadlı və sadə yolları - Həkimdən praktik məsləhətlər  |     22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:27 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:22 Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA  |     22:14 Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK  |     22:09 İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO  |     22:01 Pakistanda atışma və güclü partlayış baş verdi  |     21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |    
Left Banner
Right Banner

"Əhmədin əlində "Vinçester", məndə isə 30 kq narkotik var idi" - Sərhəddəki atışmanın TƏFƏRRÜATI

26.01.2026 20:37 270
Qaçaq yolla Azərbaycana külli miqdarda narkotik keçirmək istəyərkən yaxalanan İran vətəndaşının məhkəməsi yekunlaşıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən Shokat Ali Hosseinin 72 yaşı var.

İttiham aktında qeyd olunub ki, o, hadisə vaxtı birlikdə olduğu həmyerliləri Əhməd və Həmid Salmani ilə cinayət əlaqəsinə girərək, həmin şəxslərlə birlikdə İranın Parsabad şəhərinə gəlib.

Əvvəlcədən razılaşdıqları kimi oradan 30 kiloqram marixuana və ov silahı götürərək ötən il aprelin 8-də gecə saatlarında Azərbaycan sərhədini Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsi istiqamətində qanunsuz keçiblər. Onlar həmin vaxt sərhədçilərin "dayan" çağırışı verməsinə, bir neçə dəfə havaya xəbərdarlıq atəşi açmalarına da məhəl qoymayıblar. Ə.Bəşiri odlu silahdan sərhəd naryadının üzvlərinə üç dəfə atəş açıb, onları öldürməyə cəhd edib.

Sərhəd naryad üzvlərinin xidmətinin zərurətdən irəli gələrək, odlu silahlardan açdıqları atəş nəticəsində Əhməd Bəşiri zərərsizləşdirilib. Ali Hossein saxlanılıb, qrupun digər üzvü Həmid Salmani isə hadisə yerindən qaçıb.

Təqsirləndirilən Shokat Ali Hossein məhkəmədə ziddiyyətli ifadə verərək özünü yalnız dövlət sərhədini qanunsuz keçdiyinə görə günahkar bilib. Deyib ki, həmin vaxt sərxoş olub, hara getdiyini bilməyib.

Amma Shokat Ali Hossein həbs ediləndən sonrakı günlərdə istintaqa verdiyi ifadədə hər şeyi danışıb. İranlı müstəntiqə etiraf edib ki, həmkəndlisi Həmid Səlmani Əhməd Bəşiri ilə birgə onun yaşadığı evə gəlib, içərisində 30 kilo narkotik olan üç ədəd bağlamanı sərhəddən keçirmək üçün ondan kömək istəyiblər. Söz veriblər ki, bu işi həll edə biləcəyi halda ona 200 dollar verəcəklər:

"Pula ehtiyacım olduğu üçün razılaşdım. Ertəsi gün onlarla görüşmək üçün Parsabad şəhərində yerləşən Təzəkənd kəndinə yollandım. Çöllük ərazidə Həmidin və Əhmədin üç ədəd qara rəngli bağlama ilə məni gözlədiklərini gördüm. Əhmədin əlində "Vinçester" tipli silah və bir gecəgörmə cihazı vardı. Bağlamaları götürüb sərhədə doğru getdik. Sərhədi buraxılış məntəqəsindən kənar ərazidə keçdik. Lazım olan yerə çatmağa 1 km qalmış Azərbaycan dilində bizə komanda verilərək dayanmağımız tələb olundu. Milliyyətcə azərbaycanlı olduğum üçün komandanı başa düşdüm. Lakin Əhməd və Həmid fərqli istiqamətlərdə qaçmağa başladılar. Əhmədin odlu silahla hərbi qulluqçulara atəş açdığını, atışma baş verdiyini, nəticədə Əhmədin vurulduğunu gördüm. Həmid isə qaçaraq İran tərəfə keçməyə nail oldu. Mən də qaçmağa çalışsam da, hərbi qulluqçular tərəfindən saxlanıldım".

Məhkəmədə zərərçəkmiş qismində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu da ifadə verib. Sərhədçinin sözlərinə görə, həmin şəxslər aydın müşahidə edilməsələr də, termal kamera vasitəsilə görünüblər:

"Hadisə yerinə 15 metr qalmış havaya xəbərdarlıq atəşi açdım. Həmin şəxslərə dayan əmri verərkən onlar əkin sahəsində olan su arxının içində idilər. Onlardan biri bizə tərəf üç dəfə atəş açdı. Biz də atəş aça-aça həmin şəxslərin üzərinə getdik. İki nəfərdən biri öldürüldü, digəri isə qaçmağa cəhd etsə də, onu tuta bildik. Onların yanında böyük qara bağlamalar var idi".

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu olan digər zərərçəkmiş də eyni məzmunlu ifadə verib. Onların hər ikisi təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını deyiblər.

Lənkəran Rayon Məhkəməsində hakim yekunda təqsirləndirilən şəxsə verilmiş ittihamların kifayət qədər dəlil-sübutlar, həmçinin zərərçəkmiş və şahidlərin ifadələri ilə təsdiqini tapdığını bəyan edib.

Hökmə əsasən, Shokat Ali Hossein qəsdən adam öldürməyə cəhddə, qaçaqmalçılıqda, külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində, dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilərək 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
скачать dle 11.3
Mojo.az Banner