Mojo.az Banner
22:09 Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir  |     22:01 Ali Məhkəmə Trampın fərmanını rədd etdi  |     21:55 Ən çox saxtalaşdırılan məhsullar hansılardır? - SİYAHI  |     21:50 Azərbaycana gətirilən uşaq qidasının tərkibində toksinlər aşkar edilib - Tonlarla məhsul geri qaytarılıb  |     21:43 Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - AQTA sədri AÇIQLADI  |     21:37 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     21:29 Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla qarşıladı - Video  |     21:24 30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib  |     21:15 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:10 Azərbaycan şahmatçılarının mövqeyi bəlli oldu  |     21:03 Yasamalda vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına cavab  |     20:56 Futbol üzrə I və II Liqalarda yeni mövsümün start tarixləri müəyyənləşdi  |     20:51 Videobloqer Günel Ağayeva məhkəmə qarşısında  |     20:43 Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır  |     20:38 Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilir  |     20:29 Müsadirə olunmuş narkotik vasitələr məhv edildi  |     20:22 28 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |     20:17 İyulun ilk günü hava necə olacaq?  |     20:09 Azərbaycanda bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək  |     20:02 Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq  |    
Left Banner
Right Banner

İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir - Gideon Saar

26.01.2026 19:44 405
İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir - Gideon Saar
Azərbaycan ilə İsrail arasında sıx strateji dostluq münasibətləri mövcuddur. Bu münasibətlər iqtisadi sahəni də əhatə edir ki, bunun da hər iki ölkəyə faydası var. Üç il əvvəl - Azərbaycan İsraildə səfirliyini açdıqdan bəri iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edib.

Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən İsrail-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ildə mülki ticarət təxminən 50 faiz artaraq 360 milyon dollardan çox təşkil edib.

“Əminəm ki, gələn il və ondan sonrakı il ərzində bu rəqəmlər daha da böyüyəcək. Azərbaycan mühüm regional və aparıcı coğrafi mövqeyə malikdir. Bu, ölkənizin İsrail biznesi üçün bütün regiona, o cümlədən Mərkəzi Asiya regionuna çıxış qapısına çevirir. Bakı ilə Təl-Əviv, eləcə də Roma arasında həftədə 20 birbaşa uçuş həyata keçirilir. Son iki ildə birbaşa uçuşlarını davam etdirdiyinə görə Azərbaycanın milli aviaşirkəti olan AZAL-ı təqdir etmək istəyirəm. Bu, ölkələrimiz arasında mövcud olan qarşılıqlı etimadı və sizin qətiyyətinizi əks etdirir. Biz bunu yüksək qiymətləndiririk", - deyə nazir qeyd edib.

Gideon Saar əlavə edib ki, 2025-ci ildə 60 min israilli turist Azərbaycanı ziyarət edib ki, bu da böyük bir irəliləyişdir: “Ancaq mən əminəm ki, gələn il və ondan sonrakı ildə bu rəqəmlər daha yaxşı olacaq. İnanıram ki, bu rəqəmi kəskin şəkildə artıra bilərik. Daha çox israilli yəhudiləri, israilliləri gözəl və təhlükəsiz ölkə olan Azərbaycana ziyarət etməyə dəvət edirəm. Həmçinin daha çox azərbaycanlıları İsrailə ziyarət etməyə dəvət edirəm. Sizi ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.

Forumla iqtisadi dialoqu davam etdirdiklərini deyən israilli nazir SOCAR-ı “Tamar” qaz yatağına investisiya yatırdığına görə təqdir etdiyin sözlərinə əlavə edib.

“İnanıram ki, bu, Azərbaycanın xarici və iqtisadi siyasətində ağıllı yanaşmasını əks etdirir. Bu, həmçinin strateji tərəfdaşlıqda qarşılıqlı etimad və iqtisadi faydanı nümayiş etdirir. Güclü iqtisadi münasibətlərimiz xalqlarımız və hökumətlərimiz arasında mövcud olan yaxın əlaqələri əks etdirir və xalqlar arasında əlaqələr mövcud olduqda münasibətlər həqiqətən də güclənir. Amma mən inanıram ki, bu iqtisadi münasibətlər daha da böyük potensiala malikdir və biz bunu reallaşdırmaq niyyətindəyik. Məhz buna görə də bu gün İsrailin ən böyük biznes və iqtisadi liderlərindən, iqtisadi təşkilatlardan və şirkətlərdən ibarət nümayəndə heyəti ilə ölkənizə gəlmişəm. Bu nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini su, enerji, səhiyyə, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrini təmsil edirlər. Biz bu strateji tərəfdaşlığı növbəti səviyyəyə qaldırmaq istəyirik. Qarşılıqlı investisiyalarımızı və xalqlararası münasibətlərimizi inkişaf etdirmək əzmindəyik”, - deyə Gideon Saar qeyd edib.скачать dle 11.3
Mojo.az Banner