Sabah Sumqayıtda içməli suyun verilməsində məhdudiyyətlər olacaq
APA-nın məlumatına görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatı ilə təmin edən 450 millimetrlik su boru xəttində yaranan problemlə əlaqədar olaraq 16, 17, 18-ci mikrorayonlarda, 48-ci məhəllədə, Corat qəsəbəsi və Bağlar massivinin bir hissəsində suyun verilişi dayandırılacaq.
Yaranacaq fasiləyə görə Sumqayıt Sukanal İdarəsi əhalidən üzr istəyir.
