Koronavirus şübhəsi ilə bağlı xəstəxanada iki nəfər müşahidə altında saxlanılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xanım sərnişinə qarşı nəlayiq hərəkət edən daha bir taksi sürücüsü tutuldu  |     22:57 Bakıdakı yeni park belə olacaq (VİDEO)  |     22:50 Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır?  |     22:42 Məşhur tikinti şirkəti yarım milyon borca düşdü  |     22:36 Bu adalarda iki həftə ərzində 900-dən çox zəlzələ baş verib  |     22:29 "Golden Beach"də faciə: Cəryan vurub öldürdü  |     22:23 DGK Çin şirkətindən 3 milyonluq müşahidə avadanlığı alır  |     22:17 6 min manat müavinəti kimlər və necə ala bilər?  |     22:10 Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib  |     22:02 Arzu Əliyeva Leyla Əliyevanı təbrik etdi - VİDEO  |     21:55 Rusiyada iki azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO  |     21:46 Ermənistan ordusunun azərbaycanlı əsirlərə işgəncələri barədə məhkəmədə ifadələr dinlənilib  |     21:38 Rusiya konsulu "Sputnik Azərbaycan"ın həbsdə olan redaksiya rəhbərliyi ilə görüşüb  |     21:33 Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib  |     21:25 Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb  |     21:18 Ötən ay 17 aptekdə yoxlama aparılıb  |     21:13 Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb  |     21:05 Beyləqanda 16 yaşlı oğlan kanalda batıb  |     21:02 "Sputnik Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxıldı  |     21:00 FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib  |    

Koronavirus şübhəsi ilə bağlı xəstəxanada iki nəfər müşahidə altında saxlanılır

1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsində iki nəfər var.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, fevralın 17-si üçün KTM-də iki nəfər həkim müşahidəsində saxlanılır.

Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və bu ölkənin Uhan şəhərində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (tələbələr - red.) fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb.

Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman onların bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada bir nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır və heç bir şikayəti yoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 517 17.02.20 12:56