Mojo.az Banner
SON DƏQİQƏ
21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Çində koronavirusdan ölənlərin sayı 17-yə, yoluxanların isə 544-ə çatıb

22.01.2020 21:42 1 757
Çində koronavirusdan ölənlərin sayı 17-yə, yoluxanların isə 544-ə çatıb
Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 544-ə, bu virus səbəbindən ölənlərin sayı isə 17-yə çatıb. Digər ölkələrdə isə bu virusa yoluxanların sayı 7-dir.

Median.Az
-ın məlumatına görə, bu barədə Xubey vilayətinin rəsmilərinin keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, virusun səbəb olduğu sətəlcəm xəstəliyinin ölüm hallarının hamısı vilayətin inzibati mərkəzi olan Uxan şəhərində qeydə alınıb.

Xatırladaq ki, Çin Dövlət Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu koronavirusun yeni növünün insandan-insana keçməsi faktını təsdiqləyiblər. Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da virusa yoluxma halları aşkarlanıb. Onların hamısı Çinin Uxan şəhərinə səyahət edənlərdir.

Koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.скачать dle 11.3

Son xəbərlər