Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərini müşahidə üçün indiyə qədər 77 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və bu rəqəm artacaq.