Mojo.az Banner
23:50 Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA  |     22:50 Əhməd təkrar cinayət törədib? - ŞOK SƏS YAZISI  |     22:41 Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü  |     22:34 Polisdən əməliyyat, saxlanılanlar var  |     22:29 Təbii qazın dəyəri azaldı  |     22:23 Alimlər sübut etdi: Müasir musiqi getdikcə "fastfuda"a çevrilir  |     22:15 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə bahalaşacaq? (Video)  |     22:06 Əməkdar artistin səhhətində problem yarandı  |     22:01 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir  |     21:53 Kişi icarədar idmançı qızın burnunu qırdı - Bakıda restoranda insident  |     21:45 Ötən gün qanunsuz saxlanılan 7 silah aşkarlanıb  |     21:40 Müharibədə İrana dəyən ziyanın məbləği AÇIQLANDI  |     21:34 Bu sürücülərin "prava"sı əlindən alınacaq - SƏBƏB NƏDİR?  |     21:26 İran neft hasilatını azaltmağa başlayıb  |     21:18 Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ  |     21:13 Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  |     21:04 Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü  |     20:56 İki qardaş toyda bıçaqlandı  |     20:51 Pakistanın "Airblue" şirkəti Bakıya uçuşlara başlayır  |     20:44 Məktəbdən sonra uşağın düzgün istirahəti - Gücünü necə bərpa etməlidir?  |    
Left Banner
Right Banner

Bəxtiyar Abbasovdan öz ad gününə qələbə hədiyyəsi - FOTO/VİDEO

30.11.2019 15:38 5 277
Bəxtiyar Abbasovdan öz ad gününə qələbə hədiyyəsi - FOTO/VİDEO
Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

Bu gün 34 yaşını qeyd edən idmançımız “UAE Warriors 9” turniri çərçivəsində uğur əldə etməklə özü-özünə ad günü təbriki edib.

Belə ki, o, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.

Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub və xal hesabı ilə qalib elan edilib. Yeri gəlmişkən, bu görüşü izləyənlər arasında məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədov da olub. Bəxtiyar qələbəsindən sonra çıxış nitqi üçün söz alarkən dağıstanlı idmançını rus dilində salamlayıb.

“Mubadala Arena”dakı döyüş Bəxtiyar Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün ümumilikdə 18-ci, ardıcıl dördüncü qələbəsini bayram edib. Maraqlıdır ki, onun rəqibi İqor Litaşik də 23-cü görüşünü keçirib. O, doqquzuncu məğlubiyyətini alıb.






скачать dle 11.3
Mojo.az Banner