Mojo.az Banner
23:01 Tramp İranda yeni rəhbərlik axtarmağın vaxtı olduğunu deyib  |     22:55 ABŞ geri çəkildi, İraq ordusu nəzarəti ələ keçirdi  |     22:48 İranda yaşayış məntəqələri ağır silahlarla atəşə tutuldu – VİDEO  |     22:41 "Beauty Derm Estetik"də əməliyyat olundu - Üzü əyildi (Video)  |     22:36 “ChatGPT” də reklam göstərməyə başlayır  |     22:27 6 metr hündürlükdən yıxılan işçi FHN tərəfindən xilas edildi  |     22:22 Həkim hər gün kolbasa yeyənlərə xəbərdarlıq etdi  |     22:19 Bu yolda sürət həddi endirildi  |     22:13 16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı  |     22:06 Tramp: "İranın yeni lider axtarmasının vaxtıdır"  |     21:58 Avtomobil bazarında qiymət artımı - Hansı maşınlar bahalaşıb?  |     21:50 Ucardakı qəzada ölən müəllimin FOTOsu  |     21:44 İşçi ictimai vəzifələrin icrasına cəlb edildikdə maaşı saxlanılmayacaq - RƏSMİ  |     21:37 Mağazaları qarət etdi, kamera görüntülərini də oğurladı  |     21:28 Xarkov yenidən vuruldu, ciddi zərər dəydi  |     21:22 Azərbaycanda farel balıqlarının qiyməti bahalaşdı - Video  |     21:17 Şəmkirdə yük maşını ağaca çırpılıb, ölən var  |     21:11 UEFA milyonlar itirdi  |     21:03 Qırmızı diplomlar tarixə qovuşur?  |     20:57 30 yaşlı kişi toyda bıçaqlandı  |    
Left Banner
Right Banner

Nazpəri stomatoloqla duet oxudu - VİDEO

22.11.2019 19:43 4 852
Nazpəri stomatoloqla duet oxudu - VİDEO
Xalq artisti Nazpəri Dostəliyeva yeni klipinin təqdimatını keçirib.

Median.Az
xəbər verir ki, N.Dostəliyeva musiqisi Nailə Mirməmmədliyə, sözləri isə həkim-stomatoloq Eltəkin Səfərəliyevə məxsus “Dözmədim sənsizliyə“ adlı mahnısını ekranlaşdırıb.

Xalq artisti bəstənin sözlərini yazan E.Səfərəliyevlə duet səsləndirib. Sözügedən mahnının ekran işi Şahanə Ayazqızıya həvalə olunub. Klip bir neçə məkanda lentə alınıb.

Nazpəri Dostəliyeva oxuduğu duet və çəkdirdiyi kliplə bağlı bunları dilə gətirdi:

“Tez-tez klip təqdimatları keçirmirəm. Sənətlə bu səhnəyə gələn insanları pafoslu çıxışlar maraqlandırmır. Hamının dilində əzbər olan mahnılar Nailə Mirməmmədliyə məxsusdur. Mahnı yarananda hiss etdim ki, bunu duet kimi səsləndirmək lazımdır.

Eltəkin mənə olan hörmətindən duetə “Yox” demədi, amma “Hə” də deyə bilmirdi. Həkim stomatoloqun birdən-birə oxuması, özü də kimlə (gülür), düşünürəm ki, onun üçün çox məsuliyyətli bir addım idi. Söylədim ki, mən tamaşaçıları təəcübləndirmək istəyirəm. Düşünürəm ki, təəcübləndirməyi bacardım”.

Təqdimatda iştirak edən Əməkdar incəsənət xadimi, bəstəkar N.Mirməmmədli duetlə bağlı fikirlərini bu cür şərh etdi:

“Sözlərə mahnı bəstələyəndə Eltəkinə söylədim ki, elə istərdim ki, Nazpəri razılıq versin bu duetə. Nazpəri xanım ürəyimi oxudu, söylədi ki, sevə-sevə ifa edərəm. Çalışdım ki, yazdığım bu əsərlə yaddan çıxmış estrada musiqisini yenidən gündəmə gətirim”.//oxu.az

скачать dle 11.3